Icma.az
close
up
RU
ADB Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyasına kömək edəcək

ADB Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyasına kömək edəcək

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan enerji mənbələrinə (BEM) inteqrasiyası prosesini dəstəkləmək məqəsdilə 1,1 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb.

“Report” ADB-yə istinadən xəbər verir ki, layihə Təmiz Enerji Fondu (600 min ABŞ dolları) və Xüsusi Texniki Yardım Fondu (500 min ABŞ dolları) tərəfindən maliyyələşdirilir.

Layihənin əsas məqsədləri günəş, külək və geotermal enerji kimi bərpa oluna bilən enerji mənbələrinə keçid vasitəsilə təbii qazdan asılılığın azaldılması, mövcud istilik sistemlərinin enerji səmərəliliyinin artırılması, İstilik təchizatı ilə bağlı Milli Strategiya və bu sahədə qanunvericilik aktları da daxil olmaqla yeni qanunvericiliyin hazırlanması, həmçinin sektorun maliyyə dayanıqlılığını təmin etmək üçün tarif siyasətinin optimallaşdırılmasıdır.

"Təklif olunan texniki yardım Azərbaycanda istilik təchizatı sektorunun səmərəlilik, dayanıqlılıq və dekarbonizasiya yolu ilə modernləşdirilməsinə yönəlib. Bu yardım məkanların isidilməsi (soyudulması) xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa, pilot layihə vasitəsilə BEM-in inteqrasiyasına kömək etməyə, həmçinin siyasi və normativ bazanı gücləndirməyə imkan verəcək. Texniki yardım çərçivəsində həmçinin Azərbaycanın əsas dövlət istilik təchizatı operatoru olan "Azəristiliktəchizat" ASC-nin fəaliyyəti qiymətləndiriləcək və korporativ idarəetmənin təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması, dövlət subsidiyalarından asılılığın azaldılması və əməliyyat fəaliyyətinin kommersiyalaşdırılmasının artırılması üzrə praktiki tövsiyələr veriləcək", - bankın hesabatında qeyd olunur.

ADB vurğulayır ki, Azərbaycan hökuməti bankla əməkdaşlıq çərçivəsində istilik təchizatı sektorunda təbii qazdan asılılığı və karbon emissiyalarını azaltmağa çalışır.

"Günəş və külək enerjisi kimi BOEM-dən istifadə etməklə dekarbonizasiyası mümkün olan elektriklə isitmə sisteminə keçid əsas strategiyadır, lakin bu proses tədricən həyata keçiriləcək. Bundan əlavə, isitmə sistemində günəş kollektorları və geotermal sistemlər kimi BOEM-in potensialından tam istifadə edilmir. Bu potensialın hərtərəfli öyrənilməli və nümayiş etdirilməsi vacibdir", - ADB qeyd edir.

Bankın məlumatına görə, hazırda Azərbaycanda BOEM-in gücü (iri su elektrik stansiyaları istisna olmaqla) 530 MVt-dır (ümumi elektrik enerjisi istehsalının 6,4 %-i).

"Ölkə külək və günəş enerjisi güclərinin artırılması üçün beynəlxalq investorlarla əməkdaşlıq hesabına bu payı əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır", - hesabatda qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri