ADDA ilə GN Group Corporation arasında memorandum imzalandı FOTO
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyə Respublikasında gəmiçilik üzrə fəaliyyət göstərən GN Group Corporation arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycan Dövlət Dəniz Akademiyası adından rektor vəzifəsini icra edən Eldar Qocayev və GN Group Corporation adından baş direktorun müavini Əli Əliyev tərəfindən imzalanıb.
Demokrat.az xəbər verir ki, sənədin əsas məqsədi dənizçilik və gəmiçilik sahəsində təhsil, praktiki hazırlıq, elmi-tədqiqat və kadr potensialının inkişafı istiqamətlərində uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır.
Memorandum çərçivəsində təhsil ilə sənaye arasında əlaqələrin gücləndirilməsi, tələbələrin peşə bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində, həmçinin ADDA tələbələrinin GN Group Corporation-a məxsus gəmilərdə və müəssisələrdə istehsalat və üzmə təcrübələrinin təşkili, birgə təlimlərin, seminarların, konfransların və master-klassların keçirilməsi, qış və yay məktəblərinin təşkili planlaşdırılır.
Bundan əlavə, Memorandum gəmiqayırma və gəmi təmiri sahəsində təhsil alan tələbələr üçün müvafiq zavod və tərsanələrdə praktiki təcrübələrin təşkili, beynəlxalq səviyyəli mütəxəssis və ekspertlərin tədris prosesinə cəlb olunması, Akademiyanın maddi-texniki bazasının inkişafına dəstək, eləcə də məzunların məşğulluq imkanlarının artırılması kimi mühüm istiqamətləri əhatə edir.
Tərəflər bu əməkdaşlığın Azərbaycan və Türkiyə arasında dənizçilik təhsili sahəsində əlaqələrin qurulmasına, insan kapitalının inkişafına və beynəlxalq standartlara uyğun ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:SOCAR ilə “ExxonMobil Corporation” şirkəti arasında Memorandum imzalandı
02 İyun 2025 18:15
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı FOTOLAR
10 Dekabr 2025 16:56
MEK ilə Rami Kitabxanası arasında memorandum imzalandı FOTO
07 Aprel 2025 10:33
“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalandı Foto
15 Noyabr 2024 16:17
“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalandı FOTO
15 Noyabr 2024 16:28
Baxış sayı:69
Bu xəbər 02 Fevral 2026 12:39 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları