Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Addım addım qayıdış hədəfinə doğru

Addım addım qayıdış hədəfinə doğru

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına növbəti beynəlxalq dəstək

Qərbi Azərbaycan mövzusuna beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti mühüm uğur əldə edilib. Belə ki, Asiya Parlament Assambleyasının fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunub. Bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) açıqlamasında bildirilib.

Yeni strateji mərhələnin əsas ümummilli ideyalarından biri

İkinci Qarabağ müharibəsinədək müstəqil Azərbaycanın əsas ümummilli ideyası ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi idi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu məsələ daim ölkəmizin gündəliyinin mərkəzində saxlanıldı və milli güc bu istiqamətdə səfərbər edildi. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı qələbələr sayəsində biz əsas ümummilli ideyamızın gerçəkləşməsinə nail olduq.

Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələrin əhəmiyyəti misilsizdir. Biz dünya erməniliyinə, Azərbaycanofob güclərə qalib gəlmişik. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, biz uğurlarımızı, tarixi zəfərlərimizi uzun müddət istismar edə bilmərik. Yeni strateji mərhələdə qarşımızda digər mühüm prioritetlər dayanır. Hazırda bizim əsas ümummilli ideyalarımızdan biri zamanında indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanıların tarixi yurd yerlərinə qayıdışının təmin edilməsi ilə bağlıdır. Azərbaycan dövləti və cəmiyyəti bu məsələdə israrlı yanaşma sərgiləyir.

Qərbi Azərbaycan icması bir toplum olaraq haqqı tapdanan yüz minlərlə soydaşımızı və onların qanuni varislərini əhatə edir. Bu icmanın adı zamanında soydaşlarımızın yaşadıqları tarixi ərazilərimizin adından götürülüb. Yəni bugünkü Ermənistan Azərbaycanın Qərb bölgələrində yaradılıb və həmin ərazilərdən aborigen sakinlər olan azərbaycanlılar iradələrinin əksinə olaraq zorla çıxarılıblar, müxtəlif dönəmlərdə amansız deportasiyalara məruz qalıblar.

Bu məkrli plan bir neçə mərhələdə reallaşdırılıb.  XIX əsrin əvvəllərində imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların tarixi ərazilərimizdən deportasiya edilməsinin əsası qoyulub. Onların doğma yurd yerlərindən çıxarılması prosesi xüsusilə ötən əsrin əvvəllərindən başlayaraq kütləvi hal alıb. XX yüzillikdə soydaşlarımız düz dörd dəfə deportasiyaya məruz qalıblar. 1918-ci ildə baş verən birinci deportasiya zamanı qədim Azərbaycan şəhəri olan İrəvan zorla Ermənistana verilib. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Bundan sonra 1948-1953-cü illər deportasiyası gəlir.

Sonuncu və ən ağır deportasiya

Azərbaycanlıların doğma yurd yerlərindən zorla çıxarılması əslində etnik təmizləmə, mono-etnik dövlət qurmaq siyasəti idi. 1970-1980-ci illərdə - böyük siyasətçi Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız Ermənistan ərazisində növbəti deportasiya və etnik təmizləməyə məruz qalmayıb. Lakin 1987-ci ildə Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyindən uzaqlaşması ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti qara günləri başlayıb. Belə ki, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu mərhələsi həyata keçirilib. Ağır işgəncələrlə, çoxlu sayda insanın məqsədli şəkildə qətlə yetirilməsi ilə müşayiət olunan sonuncu deportasiya tariximizə ən amansız deportasiya kimi düşüb.

Xatırladaq ki, həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar. Verilən məlumatlara əsasən, azərbaycanlıların Ermənistan ərazisində yerləşən ata-baba yurdlarından sonuncu deportasiyası zamanı

300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən təxminən 300 min soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar isə ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib. Sonuncu deportasiya zamanı Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 37 ildən sonra bu gün həmin rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Bu itkilərin üzərinə  soydaşlarımıza dəyən mənəvi ziyanı, onların keçirdikləri stresləri də əlavə etsək, mənzərə barədə konkret təsəvvür yaranar.

Tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb

Ən qəddar formalarda həyata keçirilən deportasiyalar nəticəsində yalnız insanlar faciələrlə üzləşməmişlər. Həmçinin tarixi abidələrimiz, mədəni-dini irs nümunələrimiz də erməni vandalizminə məruz qalıb. Ermənilər tarixi ərazilərimizdə azərbaycanlı izlərini itirməkdən ötrü ən ağlagəlməz vasitələrə əl atıblar. Hətta qəbiristanlıqlar, məscidlər belə dağıdılıb. O cümlədən UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulub. Xalqımızın Ermənistan ərazisində yaratdığı mədəni irs nümunələrindən yalnız Göy Məscid günümüzə qədər salamat qalıb. Lakin bu abidəyə münasibətdə də erməni xisləti ortadadır. Belə ki, Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Prezident İlham Əliyev bildirib ki, regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.

Bütün bunlarla kifayətlənməyən Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən Azərbaycana qarşı elan olunmayan müharibəyə başlayıb və havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində də xalqımız etnik təmizləməyə məruz qalıb, şəhər və kəndlərimiz, mədəni abidələrimiz dağıdılıb, sərvətlərimiz talanıb. Azərbaycan bu ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına öz gücünə son qoymağı bacardı.

Sırf insan haqları məsələsi

Postmüharibə dövründə qalib Azərbaycanın sülh təşəbbüslərini lazımi şəkildə dəyərləndirməyən, yeni müharibə hazırlıqları görən məğlub Ermənistan soydaşlarımızın doğma yurd yerlərinə qayıdışı məsələsini də manipulyasiya predmetinə çevirməyə çalışır. Bu ölkənin hakimiyyəti Qərbi Azərbaycandan olan insanların geri qayıdış hüququnu tanımaq istəmir. Rəsmi İrəvan Azərbaycanın bu məsələni gündəmə gətirməsini yanlış olaraq Ermənistanın ərazi bütövlüyünə təhdid anlamında təqdim etməyə çalışır. Bu, Ermənistan rəhbərliyinin əl atdığı növbəti manipulyasiyadır. Qalib Azərbaycan müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmindədir. Buna görə daim sülh təşəbbüslərindən çıxış edir. Ölkəmizin heç bir qonşu dövlətin, o cümlədən də Ermənistanın ərazi bütövlüyünü pozmaq kimi bir niyyəti yoxdur. Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıtmaları məsələsinə gəldikdə isə bu, beynəlxalq hüquqla təsbit edilən insan haqları məsələsidir. Ermənistanın özünün də qoşulduğu bir sıra beynəlxalq konvensiyalar insanların qayıdış hüquqlarını tanıyır. Bu sıradan Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı, Pinheiro Prinsiplərini və beynəlxalq adət hüququnu qeyd etmək mümkündür.

Rəsmi İrəvan əsassız ittihamlardan əl çəkərək beynəlxalq hüquq çərçivəsində davranışlar sərgiləməlidir. Qeyd edək ki, Qərbi Azərbaycan İcması indiyədək bir neçə dəfə dialoq təşəbbüsündən çıxış edib. Ermənistan rəhbərliyi səmimilik göstərib QAİ ilə dialoqa başlamalıdır. Söhbət yüz minlərlə insanın pozulmuş hüquqlarının bərpasından gedir. Ermənistan tərəfindən azərbaycanlıların tarixi yurd yerlərinə ləyaqətli şəkildə qayıdışına şərait yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi həm ədalətin bərpası, həm də münaqişə sonrası mərhələdə barışıq və etimad mühitinin qurulması üçün çox mühüm addım olardı.

Sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası

Qeyd edək ki, soydaşlarımızın qədim yurd yerlərimizdən zorla çıxarılması kimi  tarixi ədalətsizliyə, faciələrə ilk dəfə böyük siyasətçi Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Sabiq Prezident  bununla bağlı 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalayıb.

Sonrakı mərhələdə bu siyasəti eyni ardıcıllıqla Prezident İlham Əliyev davam etdirib. Soydaşlarımızın Qərbi Azərbaycana qayıdış ideyası məhz dövlətimizin başçısı tərəfindən gündəmə gətirilib. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz fikirlərini ifadə edib. Son 20 ildən artıq müddətdə dövlətimizin başçısının imzaladığı bir sıra sənədlər, o cümlədən Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin yubileyinin keçirilməsi, Bakıda onun abidəsinin ucaldılması  soydaşlarımızın Qərbi Azərbaycana qaydışı üçün mənəvi zəmin formalaşdırır. Çox doğru olaraq Aşıq Ələsgərin Bakıda dövlətimizin başçısının iştirakı ilə açılışı keçirilən abidəsi təkcə Qərbi Azərbaycan icmasının üzvlərini deyil, bütövlükdə xalqımızı vahid amal uğrunda birləşdirən bir rəmz kimi qəbul olunur. Abidənin kompozisiyası da elə bu ideyanı özündə ehtiva edir.

Azərbaycan Prezidenti sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan siyasət həyata keçirir.  Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunması Qayıdış Konsepsiyasının əsas hədəfini təşkil edir.

QAİ-nin səmərəli fəaliyyəti - Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq müstəviyə çıxarılıb

Azərbaycanda soydaşlarımızın qayıdış hüququnun gec-tez reallaşacağına böyük inam var. QAİ-nin formalaşması bu istiqamətdə atılan çox mühüm addımdır. 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri və Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərovun bildirdiyinə görə, bu təsisatlanma tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan “Qayıdış Konsepsiyası”nın hazırlanmasına zəmin yaradıb.

Eyni zamanda, Prezident İlham Əliyevin liderliyi sayəsində İcmanın hazırladığı sənədlər qısa müddətdə beynəlxalq təşkilatlarda, həmçinin BMT-də rəsmi sənədlər kimi təqdim edilib. Qurumun ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və Ermənistanın müsəlman irsinə qarşı törətdiyi vandalizmin qınanması Azərbaycan diplomatiyasının uğurudur. 2024-cü ilin dekabrında Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. 51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı konfransda soydaşlarımızın qayıdış hüququnun real əsasları olduğuna  xüsusi diqqət çəkilib.  Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd olunub ki, özündə 44 dövlətin parlamentini birləşdirən Asiya Parlament Assambleyasının Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul olunmasının növbəti mötəbər təsdiqidir.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Mart 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri