Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Böyük Qayıdış hədəfinə doğru

Böyük Qayıdış hədəfinə doğru

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı şəkildə məskunlaşdırılması postmüharibə dönəmində qarşıda duran əsas məqsədlərimizdən biridir. Bu hədəfə çatmaq üçün adıcıl tədbirlər görülür və müvafiq qurumların koordinasiyalı fəaliyyəti təmin edilir. Bu günlərdə   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.

Quruculuq və bərpa işləri geniş vüsət alıb

Müharibə başa çatandan sonra Ermənistan və işğalçı dövlətin havadarları dövriyyəyə məlumatlar buraxırdılar ki, guya Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasına gücü çatmayacaq və yaxud buna onilliklər lazım gələcək. Bəli, işğal dövründə erməni vandalları bu ərazilərdə hər şeyi dağıtmiş və talamışdılar. Ancaq dağıntıların miqyasının böyük olmasına baxmayaraq, qalib Azərbaycan bəhs olunan ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. Müharibədən çıxan ölkənin vaxt itirmədən öz gücünə tamamilə dağıdılmış ərazilərin bərpasına başlaması dünya tarixində bir ilkdir.

Yeni strateji mərhələdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib. Bəhs olunan Dövlət Proqramına uyğun olaraq ərazilərin minalardan təmizlənməsi, yeni infrastrukturun qurulması, yaşayış məntəqələrinin, tarixi abidələrin  bərpası, istehsal müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. İclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.

Əlamətdar haldır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdış Proqramının icrasını şəxsi nəzarətində saxlayır. O, tarixi zəfərlərimizin baş memarı olduğu kimi, bərpa və yeidənqurma işlərinə də böyük həssaslıqla yanaşır, mütəmadi olaraq birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edərək müxtəlif layihələrin icrası ilə bağlı Özünün dəyərli tövsiyələrini verir. Qeyd edək ki, dövlətimizin başçısı postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərə 100 dəfədən çox səfər edib və hər səfər də yeni açılışlarla, təməlqoyma mərasimləri ilə əlamətdar olub.

Ötən il Şuşaya və Xocalıya ilk köçlərin baş tutması son dərəcə mühüm hadisələrdir. Bu iki yaşayış məntəqəsi bizim üçün müstəsna önəm daşıyır. Bütövlükdə, postmüharibə mərhələsində I Böyük Qayıdış Proqramı 10 minədək soydaşımızı əhatə edib.  2026-cı ilədək isə 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub. Hazırda işğaldan azad olunmuş ərazilərdə müxtəlif sahələrdə çalışan işçilər də nəzərə alınmaqla 40 minə yaxın insan  yaşayır.

İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan layihələr bundan sonra da intensivliklə davam etdiriləcək . İclasda qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.

Köçürülən əhalinin məşğulluğunun təmin olunması

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görülür. Əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 400-dən çox müəssisə fəaliyyət göstərir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən sənaye parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən parkda görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan irimiqyaslı layihələrdən biridir. Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini 4 oktyabr 2021-ci il tarixində qoyub. 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkına, ümumilikdə, 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see550

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see542

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see535

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see454

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see432

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see347

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see328

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see293

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri