Icma.az
close
up
RU
Adəm İsmayıl Bakuvi: “Gənclər bizim gələcəyimiz deyil, bu günümüzün aparıcı qüvvəsidir”

Adəm İsmayıl Bakuvi: “Gənclər bizim gələcəyimiz deyil, bu günümüzün aparıcı qüvvəsidir”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Vəhdət Partiyasında keçirilən görüş gənclərin partiya həyatında və ümumilikdə cəmiyyətin intellektual fəallığında yeni yol xəritəsi kimi təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, tədbir həmçinin gənclərin bilik, təşəbbüs və yaradıcı yanaşma əsasında ictimai-siyasi proseslərə daha aktiv qoşulması üçün mühüm bir platforma kimi dəyərləndirilib.

Sədr Adəm İsmayıl Bakuvi çıxışında gənclərin müasir siyasətdə roluna xüsusi diqqət çəkib və onların ölkənin strateji inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb: “Gənclər haqqında ‘gələcəyimizdir’ deyirik, amma həqiqət budur ki, onlar bu günümüzü dəyişdirən qüvvədir. Onların enerjisi və elmi düşüncəsi ölkəmizi irəli aparan əsas mexanizmdir”.

Sədr Adəm İsmayıl Bakuvi bildirib ki, Vəhdət Partiyası gənclərlə birgə yeni intellektual mühit yaratmağı və hər bir gəncin fikir, təşəbbüs və analitik bacarıqlarını inkişaf etdirməsi üçün geniş imkanlar açmağı planlaşdırır.

Partiyanın Aparat rəhbəri Əbdülvahab Manafov bölgələrdə gənclər üçün görülən işlərdən danışıb. O vurğulayıb ki, hazırda region gəncləri üçün maarifləndirici təlimlər, sosial layihələr və ictimai təşəbbüslərə dəstək mexanizmləri üzərində işlənilir. Gənclər Təşkilatının sədri Aynurə Ələkbərova isə yeni təşəbbüsləri təqdim edərək, elmi debatların, ekspertlərlə görüşlərin və analitik müzakirələrin yaxın aylarda aktiv fazaya keçəcəyini bildirib.

Gənc idmançı Zeynəb İbrahimova, karate məşqçisi İlqar Abdullazadə, gimnast Məryəm İbrahimova, həkim-cərrah Rəşad Quliyev çıxış edərək gənclər üçün yaradılan imkanlara görə təşəkkürlərini bildiriblər. Onlar bu addımların onların peşə bacarıqlarının inkişafına, ictimai uğurlarına və özünəinamın güclənməsinə ciddi töhfə verdiyini qeyd ediblər. Gənclər toplantıların yalnız bir informasiya mübadiləsi yox, həm də motivasiya və dəstək mənbəyi olduğunu xüsusi vurğulayıblar.

Yazar Kamran Orucov və alim Mətanət Xudiyeva milli kimlik, mədəni irs və maarifçilik mövzularına toxunaraq gənclərin bu proseslərdə aparıcı rolunu vurğulayıblar. Onlar bildiriblər ki, gənclərin həm elmi, həm də mədəni mühitdə aktivliyi cəmiyyətin ideoloji dayanıqlığı və milli yaddaşın möhkəmlənməsi üçün mühüm faktordur.

Sonda Adəm İsmayıl Bakuvi tədbirin kulminasiya anı kimi Vəhdət Partiyası nəzdində “Elmi Gənclər Klubu”nun yaradıldığını rəsmi elan edib. Bu klubun gənclərin intellektual inkişafına, onların analitik bacarıqlarının gücləndirilməsinə və elmi mühitə inteqrasiyasına xidmət edəcəyi bildirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri