Icma.az
close
up
RU
“Adət ənənələr on minlərlə əsgərin görə bilmədiyi işi görür

“Adət ənənələr on minlərlə əsgərin görə bilmədiyi işi görür

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ölkənin mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər təkcə tarixi yaddaşın yaşadılmasına deyil, həm də milli kimliyin möhkəmlənməsinə, gənc nəslin öz köklərinə, milli irsinə bağlı böyüməsinə xidmət edir.

Bəs bu istiqamətdə görülən işlər ölkənin mədəni diplomatiyasına və milli dəyərlərinin dünyada tanıdılmasına necə təsir göstərir?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev bildirib ki, Azərbaycan xalqı təqribən beş min illik dövlətçilik tarixinə malikdir.

O qeyd edib ki, burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayıblar:

“Arxeoloji abidələr və yazılı mənbələr Azərbaycanın qədim bir coğrafiya olduğunu təsdiq edir. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından  düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli, eləcə də uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür”.

Zaur Əliyev

Z.Əliyev onu da vurğulayıb ki, ölkəmizdə keçirilən bir çox festivalların – Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəylinin adını daşıyan festivalların mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynadığı danılmaz faktdır:

“Artıq dörd ildir ki, “XarıBülbül” Beynəlxalq Musiqi Festivalı da bərpa olunaraq bu sıranı genişləndirib. Bu festival nəinki Azərbaycan musiqisinin, həmçinin Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışlarını da çevrələyir. Şuşanın 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması və Bakının beynəlxalq festivallar, sərgilər və simpoziumlar üçün mərkəzə çevrilməsi Azərbaycanın mədəni potensialının dünyaya təqdimatında mühüm rol oynayır”.

Tarixçi alim əlavə edib ki, Azərbaycanın mədəniyyət və təhsil sahəsində digər ölkələrlə əməkdaşlığı, mübadilə proqramları və beynəlxalq elmi layihələrdə iştirakı milli dəyərlərin təbliğini gücləndirir:

“Prezidentin Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır”.

“Çapar Milli İrsin Tədqiqi Mərkəzi”nin sədri Dilqəm Əhməd isə deyib ki, milli irsin, dövlətçilik ənənəsinin qorunması indi hər zamankından daha vacibdir:

“Nəzərə alsaq ki, qloballaşan dünyada gələcəkdə bir sıra xalqların dili, adət-ənənəsi, milli dəyərləri yox olacaq, bu baxımdan həm ölkəmizin müvafiq qurumları, həm də məsuliyyətli vətəndaşlar bu səpkidə işlər görməlidir. Türkiyə təcrübəmdən demək istəyirəm ki, səfirlik və konsulluğumuz, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi mədəniyyətimizin və milli irsimizin təbliğində mühüm rol oynayırlar”.

Dilqəm Əhməd

D.Əhməd bildirib ki, bəzi ölkələrdə (Türkiyə, İtaliya, Özbəkistan və s.) mədəniyyət mərkəzlərimiz fəaliyyət göstərir, son kitab sərgisində onlar da öz işlərini təqdim etdilər:

“Xaricdə təhsil alan tələbələrimiz də bu səpkidə qurduqları cəmiyyətlər vasitəsilə xeyli işlər görürlər. Xaricdə bu kimi fəaliyyətləri dəstəkləmək üçün ayrıca Diaspor Fondumuz da fəaliyyət göstərir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələri əsasında da Avropanın mərkəzi şəhərlərində tariximizlə bağlı təbliğatla önəmli işlər görülüb. Bu yaxınlarda itkinlərlə bağlı Cenevrədə keçirilən tədbiri misal göstərmək olar. Mənə görə, xaricdə oxuyan, işləyən, həmişəlik yaşayan hər bir azərbaycanlı bir mədəniyyət elçisidir, fürsəti olduğu hər addımda ölkəmizi təbliğ etməlidir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri