ADEX 2026 da yeni silah və hərbi texnikalar nümayiş olunur
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda keçirilən ADEX 2026 sərgisində yeni silah və hərbi texnikalar nümayiş olunur.
XQ xəbər verir ki, sərgidə Azərbaycan istehsalı olan bir sıra yeni silah və hərbi təyinatlı vasitələr ilk dəfə nümayiş olunur.
ADEX 2026-da yüksək sürətli kamikadze dronu olan BARS təqdim edilir. Bildirilib ki, vasitə havada dronların məhv edilməsi üçün nəzərdə tutulub.
Həmçinin Azərbaycan istehsalı KİQR 1, KİQR 02 və KİQR 03 kamikadze vasitələri – kiçik insansız quru robotları ilk dəfə sərgidə nümayiş olunur.
Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan SİQR 01 və SİQR 02 silahlı insansız quru robotları da ADEX 2026-da ilk dəfə təqdim edilir.
Sərgidə Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı da nümayiş etdirilir.
Bundan başqa, Türkiyənin “Turkish Aerospace” şirkətinin Azərbaycan üçün istehsal etdiyi “Hürkuş” yeni nəsil təlim təyyarəsi də ADEX 2026-da ilk dəfə nümayiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Sentyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















