Icma.az
close
up
RU
Adı aylıq, özü 28 günlük… “Azercell”dən internetlə bağlı narazılıqlara CAVAB

Adı aylıq, özü 28 günlük… “Azercell”dən internetlə bağlı narazılıqlara CAVAB

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar “Azercell” abunəçiləri sosial şəbəkələrdə və müxtəlif platformalarda aylıq internet paketlərinin sürətlə tükənməsindən şikayətlənirlər. İstifadəçilər bildirirlər ki, əvvəlki dövrlərlə müqayisədə internet tarifi daha qısa müddətdə bitir və bu, əlavə xərcə səbəb olur. Azercell abunəçilərinin dediyinə görə aylıq internet paketləri bəzən 6-7 gün, bəzən də 20-25 gün ərzində tükənir. Bu isə istifadəçilər arasında narazılığa səbəb olur.
Digər narazılıq doğuran məqam isə aylıq internet paketlərinin 28 günlük müddətinin olmasıdır.
Bəs aylıq internetin sürətlə tükənməsinə səbəb nədir?
Mövzu ilə bağlı “Azercell Telekom” MMC-dən Bizim.Media-ya  verilən açıqlamada qeyd olunub ki, 1 iyul 2025-ci il tarixindən etibarən mobil internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tariflərin optimallaşdırılması məqsədilə dəyişikliklər tətbiq edilib:
“Hazırda şirkət “irihəcmli”, “həftəlik”, “günlük” və “limitsiz” internet paketlərini təqdim edir. İnternet paketlərinin 28 günlük müddəti bir çox ölkələrdə operatorlar tərəfindən tətbiq edilir. Təqvim aylarının uzunluğu 28-31 gün arasında dəyişsə də, 28 günlük sistem sabit qalır və istifadəçilərə data ehtiyaclarını daha səmərəli idarə etməyə imkan verir”, - deyə bildirilib.
Həmçinin şirkət qeyd edib ki, mobil data istifadəçilərinin vərdişlərindəki dəyişikliklər trafikdə artıma səbəb olub:
“Sosial şəbəkələrdə aktivliyin yüksəlməsi, multimedia kontentə marağın artması və video yayımların geniş istifadəsi mobil trafikin sürətli artmasına gətirib çıxarıb. Xüsusilə HD və 4K videolar əsas trafik mənbəyini təşkil edir”.
Aygün Hüseyn, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri