Adı Qarabağ la hallanan ulduz Türkiyə klubuna keçir?
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasında yeni səhifə açmağa yaxındır.
Fanat.Az türkiyəli jurnalist Rəşad Can Özbudağa istinadən xəbər verir ki, Superliqa təmsilçisi “Gənclərbirliyi” 26 yaşlı braziliyalı forvardın transferi üçün rəsmi təklif göndərib.
Mənbənin iddiasına əsasən, tərəflər hazırda maliyyə şərtləri və müqavilənin müddəti ilə bağlı danışıqları davam etdirirlər. Əgər razılıq əldə olunarsa, Saldanya yeni mövsümdən Ankara klubunun formasını geyinəcək.
Braziliyalı hücumçu ötən mövsüm “Ferentsvaroş”un heyətində bütün turnirlərdə 37 oyunda 18 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda icarə əsasında “Şarja”da çıxış edən 26 yaşlı forvard cari mövsümdə 9 matçda 5 qol vurub. “Transfermarkt” portalı onun transfer dəyərini 3,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Mateus Saldanyanın adı bu yay “Qarabağ”la da hallanmışdı.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 04 Avqust 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















