Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Adil Babayev: “Dilini sevməyən vətənini, millətini də sevə bilməz”

Adil Babayev: “Dilini sevməyən vətənini, millətini də sevə bilməz”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan hər il avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edir. 

Bu əlamətdar gün təkcə latın qrafikalı əlifbaya keçidin rəmzi deyil, həm də dövlət dilinin qorunması, inkişafı və milli-mədəni kimliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəs Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün tarixi və ictimai əhəmiyyəti nədən ibarətdir? 

Filologiya elmləri doktoru, professor Adil Babayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan xalqı öz inkişafı boyunca çoxsaylı əlifbalardan, eləcə də ərəb əlifbasından istifadə edib:

O qeyd edib ki, ərəb əlifbası Azərbaycan dilinin xüsusiyyətlərinə uyğun deyil:

"Ərəb əlifbasında elə xüsusiyyət var ki, biri var gərək oxuyasan sonra biləsən, biri də var biləsən, sonra oxuyasan. Yəni ərəb əlifbasında gərək əvvəl biləsən ki, burada nə yazılıb, sonra onu oxuyasan. Bizim istifadə etdiyimiz əlifbada isə əksinədir, əvvəl oxuyur, sonra mənanı anlayırıq. 

Çünki dilimizdə bütün səslər hərflərlə ifadə olunur və hər bir hərfin öz yazılış forması var. Ərəb dili sami (Afro-Asiya dilləri - köhnə adı "Hami-Sami dilləri" ailələsinin alt qrupuna aiddir) dillərinə aid olduğu üçün həmin əlifbada əsasən samit səslər yazılır. Daha sonra isə rus dilinin təsiri altında qaldıq.

Sovet hakimiyyəti dövründə türk xalqlarının vahid latın qrafikalı əlifbadan istifadə etməsinə isti yanaşılmırdı. Bunun səbəbi türk xalqları arasında qarşılıqlı anlaşmanın və inteqrasiyanın güclənməsinin istənilməməsi idi.

Halbuki Birinci Türkoloji Qurultay bu istiqamətdə mühüm addım idi. Təəssüf ki, sonradan həmin qurultayın bir çox iştirakçısı repressiyalara məruz qaldı və güllələndi".
Professor vurğulayıb ki, hazırkı latın qrafikalı Azərbaycan əlifbası çox sadə və anlaşıqlıdır:

"Danışdığımızı yazır, yazdığımızı rahatlıqla oxuyuruq. Bu baxımdan əlifbamızı ən uğurlu əlifbalardan biri hesab edirəm. Dil millətin ən mühüm varlıq nişanəsidir. Pedaqoq Konstantin Dmitriyeviç Uşinskinin də dediyi kimi, bir millətin hər şeyini əlindən almaq olar, amma dili qalarsa, o millət yaşamağa davam edər.

Əksinə, hər şeyə sahib olub dilini itirən xalq zamanla öz milli kimliyini də itirər. Buna görə də ana dilinin qorunması son dərəcə vacibdir". Onun sözlərinə görə, hazırda xarici dilləri öyrənmək təqdirəlayiq haldır:

“Ancaq uşağın ilk növbədə ana dilini mükəmməl mənimsəməsi çox vacibdir. Çoxları dilin əsl mahiyyətini başa düşmürlər. Məhz dil millətin kimliyinin əsas nişanəsidir. Xarici dil öyrənmək yaxşıdır. Hesab edirəm ki, insan başqa dilləri o zaman öyrənməlidir ki, artıq şəxsiyyəti və düşüncə təməli formalaşmış olsun.

12 yaşa qədər uşaqları başqa dildə təhsil almağa yönəltmək düzgün deyil. Bu dövrdə onlar ilk növbədə ana dillərini dərindən mənimsəməlidirlər. Bundan sonra isə istədiyi qədər başqa dilləri öyrənə bilər.Təəssüf ki, cəmiyyətimizdə hələ də elə düşünənlər var ki, uşaq rus dilini bilirsə, bu, onun daha inkişaf etmiş olması deməkdir".

Adil Babayev bildirib ki, ana dilini sevməyən insan qətiyyən millətini və vətənini də sevə bilməz:

“Çünki millətin ilk və ən əsas nişanəsi onun dilidir. 

Üstəlik, Azərbaycan dili çox qədim dildir. Dastanlarımız da bunu sübut edir. "Manas" dastanı, "Kitabi-Dədə Qorqud" dastanı buna nümunədir. O vaxt ruslar niyə bizim dastanlarımızı qadağan etmişdilər? Çünki deyirdilər: “Niyə rusların dastanı olmadığı halda azərbaycanlıların dastanı olsun?””.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: dil Adil Babayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri