Icma.az
close
up
RU
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb

Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb

Icma.az bildirir, Missiya.az portalına istinadən.


Noyabrın 12-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin COP29-la bağlı ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə ikitərəfli görüşü keçirilib. 

Missiya.Az xəbər verir ki, xanım naziri salamlayan Adil Kərimli ölkəmizdə keçirilən bu mötəbər tədbirdə iştirak etdiyinə görə həmkarına təşəkkürünü bildirib. Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin səviyyəsini yüksək qiymətləndirən nazir xüsusilə son illərdə bu sahədə əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili, incəsənət təhsili sahəsində təcrübə mübadiləsi, sərgi, müsabiqə və festivallarda mütəmadi iştirak əlaqələrimizin dolğun mənzərəsini yaradır. Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini deyib, bu münasibətlə Bakıda olmasından məmnunluğunu dilə gətirib. 

Qonaq nazir də iki ölkənin mədəni əlaqələrinin perspektivlərini yüksək dəyərləndirib. Adil Kərimli COP29-un mədəniyyət və ətraf mühit məsələləri ilə bağlı gündəmi barədə məlumat verib. 

Qeyd edib ki, tədbir çərçivəsində mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək. Görüşün məqsədi incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunmasıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya və bu təşəbbüsün təqdimatı da keçiriləcək. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://missiya.az
archiveBu xəbər 12 Noyabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri