Niyə sarı çiçəklər ayrılıq simvolu hesab olunur?
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Güllər sevgi, sədaqət və xoşbəxtliyin rəmzi hesab olunur. Lakin qədim inanclara görə, bəzi çiçəklər ayrılıq, xəyanət və mübahisə ilə əlaqələndirilir. Hətta hədiyyə edilən gülün rənginin və nə qədər tez solmasının münasibətlərin gələcəyi haqqında xəbər verdiyinə inananlar var.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən geniş yayılmış inanclardan biri sarı qızılgül və lalələrlə bağlıdır.
Qədim yozumlara görə, sevgilinin hədiyyə etdiyi sarı güllər ayrılığın yaxınlaşdığını bildirir. Buna görə də bəzi insanlar sarı çiçəkləri romantik münasibətlərdə uğursuzluq əlaməti hesab edirlər.
Sarı qızılgüllərlə bağlı xəyanət əfsanəsi də mövcuddur. Rəvayətə görə, bir kişi həyat yoldaşının sədaqətindən şübhələnib. Ona qadından qırmızı qızılgülləri suya atmasını istəmək məsləhət görülüb. Güllər saraldıqda kişi bunu xəyanətin sübutu kimi qəbul edib.
XIX əsrdə yayılan çiçək lüğətlərində də güllərin rənglərinə xüsusi mənalar verilib. Keyt Qrinueyin “Çiçəklərin dili” kitabında sarı qızılgül sönməkdə olan sevgi və ya qısqanclıq, sarı lalə isə ümidsiz məhəbbət rəmzi kimi təqdim olunub. Lakin bu yozumlar əsasən Viktoriya dövrünün ənənələrinə aiddir. Müasir dövrdə sarı qızılgüllər daha çox dostluq, sevinc və xoş münasibət əlaməti kimi hədiyyə edilir.
Hədiyyə edilən gül tez solarsa, nə deməkdir?
Xalq inanclarına görə, hədiyyə edilən gül çox tez solarsa, bu, onun səmimi niyyətlə verilmədiyinə işarədir. Bəzi insanlar bir gülün günlərlə təravətli qalmasını sevginin gücü, digərinin ertəsi gün solmasını isə münasibətlərdəki soyuqluqla əlaqələndirirlər.
Qızılgülün tikanı ilə bağlı da maraqlı inanc var. Deyilənə görə, hədiyyə edilən gülü açarkən tikan barmağı deşərsə, bu, gülü verən şəxslə mübahisə yaşanacağından xəbər verir. Əslində isə güllərin tez solması onların təzəliyindən, saxlanma şəraitindən və suyun keyfiyyətindən asılıdır.
Evdə mübahisə yaratdığına inanılan bitkilər
Bəzi inanclarda sarmaşığın hədiyyə edilməsi ailədə mübahisələrə və hətta ayrılığa səbəb ola biləcək əlamət sayılır. Oxşar mənalar hoya bitkisinə də aid edilir. Xalq arasında bu bitkiyə bəzən “dul qadının göz yaşları” adı verilir.
Britaniya folklorunda isə sarı çiçəkləri olan tikanlı uleks kolu ilə bağlı maraqlı deyim mövcuddur. İnanclara görə, bu bitki çiçək açdığı müddətdə sevgilini öpmək olar. Uleksin bəzi çiçəkləri qışda da açdığı üçün zarafatla öpüş mövsümünün demək olar ki, bütün il davam etdiyi bildirilir.
Çobanyastığı ilə sevgi falı necə açılır?
Sevgi ilə bağlı ən məşhur inanclardan biri çobanyastığı falıdır. Bunun üçün bir çobanyastığı götürülür və ləçəkləri növbə ilə qoparılır. Birinci ləçəkdə “sevir”, ikinci ləçəkdə “sevmir” deyilir. Sonuncu ləçəkdə hansı sözün səslənməsindən asılı olaraq qarşı tərəfin hissləri haqqında nəticə çıxarılır.
Bu ənənə müxtəlif ölkələrdə uzun illərdir mövcuddur. Xüsusilə gənclər arasında əyləncə xarakterli sevgi falı kimi tanınır.
Xaşxaş ləçəyi ilə sədaqəti yoxlayırdılar
İsveçrənin bəzi kəndlərində isə keçmişdə sevgilinin sədaqətini xaşxaş ləçəyi ilə yoxlamağa çalışırdılar. Bunun üçün bir ləçək sol ovucun içinə qoyulur, sağ əllə onun üzərinə vurulurdu. Ləçək kəskin səslə partlayarsa, bu, sədaqət əlaməti hesab edilirdi. Əgər ləçək bütöv qalardısa, xəyanət şübhəsi yaranırdı.
Maraqlıdır ki, oxşar fal üsulu Qədim Yunanıstanda da mövcud olub. Bizans dövrünə aid “Suda” lüğətində xaşxaş və ya anemon ləçəyi vasitəsilə sevgi hisslərinin yoxlanılması haqqında məlumat verilir. Həmin dövrdə də ləçəyin ovucda səs çıxarması müsbət əlamət sayılırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















