Adil Qeybulladan qorxunc proqnoz: “Qrip pandemiyası olacaq, ölüm halları da arta bilər” FOTO+ÖZƏL
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Quş qripinin yeni forması sayılan H5N5 peyda olub. Bunlar hələlik qanla yayılır, hava və damcı yolu ilə yayılmır. Hava, damcı yolu ilə yayılanlar adenovirus, koronavirus, qrip və digər infeksiyalardır. Bizim ölkəmizdə hələ ki, quş qripinin yeni forması yoxdur və bununla bağlı əlimizdə raport da mövcud deyil. Amma epidemioloji vəziyyət bizdə də dünya ölkələrində olduğu kimidir”.
Bunu Moderator.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O daha sonra əlavə edib:
“Adenovirus yuxarı tənəffüs yollarında iltihab prosesi törədir. A qripi, D qripi, S qripi virusu var. Ən çox yayılan nəfəs yolu infeksiyalarını A qripi virusu yayır. Adenovirus pnevmaniyaya da səbəb ola bilər. Qripdən ölüm halları da ola bilər. Hər il dünyada qripdən 2 milyona yaxın adam dünyasını dəyişir. Bu ölüm halları həmişə olub. Elə ölkəmizdə də az olmayıb”.
Adil Qeybulla bəzi elmi proqnozlardan da danışıb:
“Uşaqlar arasında rotavirus çox yayılıb. Hansı ki, bu bağırsaqlarda olur. Koronavirusun özü də davam edir. Havanın soyuması müəyyən dərəcədə də buna təsir edir. Hərhalda biz epidemioloji vəziyyəti proqnozlaşdıra bilmərik. Dünya Səhiyyət Təşkilatının insan sağlamlığını tərtib edən 10 amildən biri kimi bizi qarşıda gözləyən qrip pandemiyası nəzərdə tutulub. Bu mütləq olacaq. Vaxtını bilməsək də bu artıq elmi proqnozdur”, - deyə Adil Qeybulla bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Dekabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















