Adil Şükürov: “Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdı”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə Küveytin “Əl-Yarmuk” kollektivi ilə keçirililən yoxlama oyunu barədə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “sarı-göylər”in 2:1 hesabı ilə qalib gəldiyi matçda yeni futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib:
“Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu oyunda da hiss olunurdu. Bəzi epizodlarda futbolçuların çatdırmamasının səbəbi də məhz budur. Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdı. Bu yöndə məşqlərimiz davam edir. Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq. Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik. Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Aprel 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















