Icma.az
close
up
RU
Adil Şükürov: “Kəpəz”dən gedişim klubun Premyer Liqada qalmasına hesablanmış addım idi” MÜSAHİBƏ

Adil Şükürov: “Kəpəz”dən gedişim klubun Premyer Liqada qalmasına hesablanmış addım idi” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kəpəz”in baş məşqçisi Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”ə qayıdışınız necə baş tutdu? Son mövsümün əvvəlində həmin postu tərk etdiyinizi nəzərə alsaq, təklifə “hə” deyərkən heç tərəddüd etdinizmi?

– “Kəpəz” mənim üçün dəyəri böyük olan bir klubdur və bu klub bir çox məşqçilər üçün böyük futbol məktəbidir. Bu klubda çalışmış məşqçilər üçün öyrəndikləri gələcək karyeralarında olan yüksəliş yolunun başlanğıcıdır. “Kəpəz”dən gedişim isə klubun Premyer Liqada qalmasına hesablanmış bir addım idi. Bu barədə o vaxt klub rəhbərliyi və azarkeşlərlə görüşdə də bildirmişdim.

– “Kəpəz”in son illərdə hədəfi Premyer Liqadakı yerini qorumaq olurdu. Növbəti mövsümdə isə klubun iddiasının artacağı gözlənilir. Rəhbərlik qarşınıza növbəti sezonla bağlı konkret hansı hədəfi qoyub?

– Yeni “Kəpəz” üçün hədəf inkişaf yoludur. İnkişaf deyildikdə isə rəqabətədavamlı komanda formalaşdırmaq və bacardıqca çempionatda yüksək yerlərdə qərarlaşmaq nəzərdə tutulur.

– Növbəti mövsümdən çempionatda legioner limiti olmayacaq. Bu qərar sizin də planlarınıza təsir edəcəkmi? Yəni yeni sezonda “Kəpəz”in də heyətinin əsasını əcnəbilər təşkil edəcək?

– Limit ləğv olunduqdan sonra bütün komandalarda güc əsasən legioner oyunçuların üzərinə düşəcək. Biz də bu durumda yerli və legioner futbolçulardan ibarət rəqabətə dayanıqlı komanda formalaşdırmağa çalışırıq. Təbii ki, burada klubun imkanları da nəzərə alınmalıdır və buna uyğun da işlər qurulacaq.

– Hansı mövqelərlə bağlı narahatlığınız var? Hansı mövqeləri gücləndirmək fikrindəsiniz?

– Qeyd etdiyim kimi, limit ləğv olunduqdan sonra əksər klublarımızda güc daha çox legioner futbolçuların üzərinə düşəcək. “Kəpəz”də də bu baxımdan işlər aparırıq ki, komandanı planlaşdırdığımız səviyyəyə çatdıraq.

– “Kəpəz”in yeni mövsümə hazırlıq planı bəllidirmi? Komanda ölkə xaricində toplanış keçəcək?

– İnşallah, hazırlığa iyun ayının sonlarında başlamağı planlaşdırırıq. Hazırlıq planı tam müəyyənləşdikdən sonra bu barədə məlumat verə bilərəm.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 İyun 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri