Adına Cənnət adası deyirlər, amma... Nə yol var, nə siqnal, nə də elektrik yoxdur
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Xəritələrdə tapılması çətin, səyahət siyahılarında isə demək olar ki, adı belə keçməyən bir ada: Orda yol yoxdur, mobil siqnal çatmır, elektrik xətti mövcud deyil. İtaliyanın ən səssiz qaçış nöqtələrindən biri olan Palmarola məhz bu yoxluqları ilə diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, Romanın qərbində yerləşsə də, paytaxtın sıxlığı və tempindən tamamilə uzaqdır. Günlük səfər məsafəsində olsa da, ruhən çox uzaqda yerləşir. Romanı ziyarət edən milyonlarla turist Palmarola adasını görmədən ölkədən ayrılır.

Palmarolaya çatmaq niyə bu qədər çətindir?
Adada hər hansı bir qəsəbə və ya bərə terminalı yoxdur. Çox vaxt Palmarolaya çatmağın yeganə yolu Ponza adasından kiçik bir qayıqla səfər etməkdir.
Romadan əvvəl Anzio limanına qatarla getmək, oradan Ponzaya bərə ilə keçmək və sonra bir balıqçı ilə razılaşmaq lazımdır. Bu çətin yolculuq isə adanı cazibədar edən səbəblərdən biridir, çünki Palmarolada daimi yaşayan yoxdur və ada turizm yox, təbiətin qaydalarına görə formalaşıb.
Müasir həyat burada dayanır
Palmarolanı özəl edən şey təqdim etdikləri deyil, əksinə təqdim etmədikləridir. İnfrastruktur yoxdur, lüks yoxdur, sürət yoxdur. Vulkanik qayalar dənizdən sərt şəkildə yüksəlir: sahillər dar körfəzlərlə, mağaralar və tunellərlə əhatələnib.
Yeganə bir çimərlik, daxili hissələrə uzanan bir neçə patika və demək olar ki, toxunulmamış təbiət… Burada zaman yavaşlayır, hətta demək olar ki, dayanır.

Qayalara oyulmuş otaqlar və təzə balıq
Adadakı sayılı məkanlardan biri olan "O’Francese" köhnə balıqçı mağaralarının içərisinə qurulmuş sadə bir restoran olaraq xidmət göstərir. Günlük tutulan balıqlar təqdim olunur və bir neçə sadə otaq qonaqlara açılır. Qonaklamaq istəyənlər aylar öncədən rezervasiya etməlidir.
Tam pansionda gecələmək qiyməti təxminən 150 avrodan başlayır. Elektrik məhduddur, internet yoxdur: amma ulduzlarla dolu gecələr bunun əvəzini tam ödəyir.
Bir tərəfdən çox şey var, bir tərəfdən heç nə yoxdur
Trevisoda yaşayan informatika mütəxəssisi Maria Andreini hər yay ailəsi ilə Palmarolaya gəlir.
"Burada çox şey etmək mümkündür, amma eyni zamanda heç nə yoxdur", deyə o, bildirir. Günlər pembe çınqıl çimərlikdə üzmək və dənizi şnorkel ilə kəşf etməklə keçir. Axşamlar sahildə uzanıb ulduzlara baxılır, gecələr isə fənərlə dolaşılır. Sübh tezdən adanın ən yüksək nöqtəsinə yürüş edərək gün doğumu qarşılanır.
"Bir həftə boyunca sanki Daş Dövründə tətil edirmişik kimi hiss edirik", deyə o, əlavə edir.

Tarixdən orta əsrlərə qədər izlər
Sahildən daxili hissələrə uzanan patikalar orta əsr monastır qalıqlarına və tarix öncəsi məskunlaşma izlərinə çatır. Yerli tarixçilərə görə Palmarola minlərlə il əvvəl obsidian daşı üçün ziyarət edilən bir mərkəz olub. Uçurumlarda hələ də bu qara daşın izləri görünür. Mənzərə isə o gündən bu yana demək olar ki, dəyişməyib.
Dənizdən kəşf edilən ada
Əsas çimərliyin o tayını görmək üçün ən yaxşı yol kiçik bir qayıqla səyahət etməkdir. Dəniz qüllələri, mağaralar və təbii tunellər sahil boyunca uzanır. Təmiz sular şnorkelçiləri və dalğıcı cəlb edir. Quru tərəfdə isə adını aldığı bodur palma ağacları arasında dolaşan vəhşi keçilərdən başqa demək olar ki, canlı yoxdur.
Aziz Silverius və müqəddəs bir ritual
Qayalıqların üzərində dənizi görən kiçik ağ bir kapella yerləşir. VI əsrdə yaşamış Papa Aziz Silveriusun burada sürgündə öldüyü güman edilir. Hər il iyun ayında Ponza’dan yola çıxan balıqçılar Palmarola’ya gəlir, kapellaya çiçəklər aparır və azizin heykəlini qayıqlarla gəzdirirlər. Bu ritual adanın sakinləri üçün hələ də böyük əhəmiyyət kəsb edir.

Səssizliyin lüks olduğu bir yer
Palmarola hər kəs üçün deyil. Rahatlıq axtaranlar və sürətli tətil planlayanlar üçün çətin ola bilər. Amma sıxlıqdan qaçmaq, təbiətlə baş-başa qalmaq və həqiqətən "əlaqəni kəsmək” istəyənlər üçün unikal bir ünvandır.
Bəlkə də Palmarolanın əsl lüksü məhz budur: səssizlik, yalnızlıq və insanı yavaşladan o köhnə dünya hissi.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 Yanvar 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















