Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Adında “şir” ola, özün isə hamıdan qorxasan… DÇ nin TƏƏSSÜRATI

Adında “şir” ola, özün isə hamıdan qorxasan… DÇ nin TƏƏSSÜRATI

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yer aldığı G qrupunda üç heç-heçə edən İran yığması qrupda qaldı, ən yaxşı üçüncülər sırasına düşə bilmədi. Bazar günü keçirilən son oyunlar ərəfəsində qonşularımız 3-cü yeri tutanlar arasında 6-cı idi. Amma J, K, L qruplarında elə hadisələr baş verdi ki...

Buna bir qədər sonra toxunarıq.
Əvvəlcə istərdim İran yığmasının qrupdakı çıxışına nəzər salaq. Yüzdəyüz əminəm ki, bu komanda daha yaxşı nəticə göstərməyə qadir idi. Ancaq iranlılar nə aşkar favorit sayıldıqları Yeni Zelandiya ilə oyunda sonda hücum dalğası təşkil edə, nə 66-cı dəqiqədən azlıqda qalan Belçikanın müqavimətini qırmaq üçün fədakarlıq göstərə, nə də Misirlə oyunda qələbə qolunu vura bildi. Misirlə oyunda yalnız son 10 dəqiqədə ayılıb, ardıcıl hücumlar qurdular, onda da Xəlilzadənin qolu mikroskopik ofsayd üzündən sayılmadı, Taremi topu tirə vurdu, 90+8-ci dəqiqədə də təkbətəkdən yararlana bilmədilər. Tam bir bəxtsizlik dosyesi. Hələ mən Tareminin oyunun əvvəlində boşa verdiyi penaltini demirəm. İran yalnız Misirlə oyunun sonlarındakı fəallığa görə növbəti mərhələdə oynamağa layiq idi. Nə yazıq ki, bu komandanın “sükanı arxasında” Ərdəşir (əsl adı belədi) Qalenoyi kimi qorxaq, daha doğrusu, ehtiyatlı oyunla qorxaqlığın sərhəddini müəyyənləşdirə bilməyən mütəxəssis var. Məhz həmin 10 dəqiqə bu komandanın hücum potensialının olduğunu da göstərdi. Amma baş məşqçi bu sınaqdan üzüağ çıxa bilmədi. Halbuki İran yığması hamıdan tez – martda hazırlığa başlamışdı.
Ədalət naminə qonşularımızın inanılmaz pressinq altında olduğunu da vurğulayaq. ABŞ ilə İsrailin fevralda hərbi əməliyyata başlaması üzündən İranın turnirdə iştirakı sual altına düşdü. Bu ölkənin futbol qurumu yığmanın oyunlarını ABŞ-də yox, Mekskada keçirilməsini istəsə də, təşkilatçılar razı olmadı. Nəticədə Meksikanın Tixuana şəhərində məskən salan yığma oyun günü ABŞ-yə uçur, dərhal da geru qayıdırdı. Belədə peşəkar futboldan və hazırlıqdan danışmaq yersizdi. Hələ mən onu demirəm ki, ABŞ hakimiyyət orqanları iranlı azarkeşlər üçün kvotanı ləğv etdi, federasiya prezizendi başda olmaqla nümayəndə heyətinin 15 üzvünə viza vermədi. FİFA isə bütün bu proseslərin gedişində təşkilatçı ölkənin miqrasiya qanunlarına qarışmaq hüququnun olmadığını deməklə kifayətləndi. Ona da əminəm ki, məhz yığmanın ayrı-seçkilik siyasəti ilə üzləşməsi Azərbaycanda da İran tərəfdarlarının sayını artırmışdı.
İndi isə gələk qrup mərhələsinin son günündə yaşananların, yəni Əlcəzair və Avstriya yığmalarının qurduğu şounun, tamaşanın, saxtakarlığın üzərinə. Sadəcə, bir qədər, daha dəqiqi, 44 il əvvələ qayıtmağa məcburam. DÇ-82-də Almaniya, Avstriya, Əlcəzair və Çili yığmaları eyni qrupda yer almışdı. Son turun iyunun 24-də keçirilən oyununda Çiliyə 3:2 hesabıyla qalib gələn Əlcəzair xalını 4-ə (onda qələbəyə 2 xal verilirdi) çatdırdı. Ertəsi meydana çıxan Avstriya Almaniyaya 0:1 hesabıyla uduzdu, belədə hər iki komanda növbətə mərhələyə adladı, afrikalılar mübarizəni dayandırdı. Məhz həmin danışılmış oyundan sonra FİFA qrupda son turun oyunlarının eyni vaxtda keçirilməsinə qərar verdi. Taleyin ironiyasına bax ki, məhz həmin Əlcəzair həmin Avstriya ilə hesabı razılaşdırmaqla İranı qrupda saxladı. Əlcəzair 90+3-cü dəqiqədə irəli çıxdı, 90+6-cı dəqiqədə isə heç bir müqavimətə rast gəlməyən Kalayciç hesabı bərabərləşdirdi. Beləcə İranın pley-offa çıxmaqla bağlı son ümidləri də “dəfn olundu”.
Bu, 3-cü turda hesabın hər iki tərəfi razı salmasıyla bağlı 3-cü “tamaşa” idi. Hoqqabazlığa iyunun 26-da meydana çıxan Yaponiya ilə İsveç başladı. Heç-heçə “samuraylar”ı 2-ci edəcək, skandinavlar isə 3-cü yeri tutan 8 ən yaxşı komanda arasına düşəcəkdi. Və sonda 1:1 hesabı qeydə alındı. Sövdələşmədən xəbərsiz Elanqa komanda yoldaşlarını hücuma səsləyirdi... Elə həmin gün səhər saatlarında keçirilən Paraqvay – Avstraliya oyununda mümkün heç-heçə hər ikisini pley-offa çıxaracaqdı, məğlubun isə xalı 3 olacaqdı, bu da təhlükəli idi, xüsusən də top fərqi mənfi olan Paraqvay üçün. Beləliklə, 3-cü turda nəticənin hər iki tərəfi razı saldığı üç oyun izlədik. Yeri gəlmişkən, 3-cü turda qarşılaşan Kanada ilə İsveçrə də artıq pley-offa vəsiqə qazanmışdı, bununla belə, vicdanla oynadılar. Hər halda, Paraqvayla Avstraliya Əlcəzair və Avstriya ilə müqayisədə daha “vicdanlı” davrandı, əvvəlcədən 0:0-a razılaşıb, adamların hissləri ilə oynamadılar. Avstriya və Əlcəzairdən olan “artistlər” prosesi 3:3-ə qədər irəlilətdi...
Mən onu da gözəl anlayıram ki, son turda yaşananlar 48 komandalı formatın qüsurlarından qaynaqlanır. Təbii ki, qrupdan 3 yox, 2 komanda çıxsaydı, hər şey fərqli olacaqdı. İndi isə FİFA bu vəziyyədən çıxış yolu tapmalıdı.
Təbii ki, futbolun ilahi ədalətinə də inanıram. 3:3-lük tamaşanın iştirakçısı olan Əlcəzairin 1/16 finalda İsveçrəyə, Avstriyanın isə İspaniyaya uduzması, güman edirəm ki, indi təkcə iranlı azarkeşlərin yox, şəffaf, təmiz futbol görmək istəyən hər kəsin arzusudu. Hə, İran yığması da tezliklə baş məşqçisini dəyişsə, yaxşı olar. Adında “şir” ola, özün isə hamıdan qorxasan – qəribədi...
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri