Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Adını 9 Maydan alan aktyor: “Teymur Əmrah Flora Kərimovanın adını çəkir, anamın yox”

Adını 9 Maydan alan aktyor: “Teymur Əmrah Flora Kərimovanın adını çəkir, anamın yox”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dədə Qorqud” filmində Beyrəyin atası oğlunun ölüm xəbərini eşidəndə, kor gözləri ilə bir daşın üstündə oturur. Deyir ki, barmağını kəssin, qanını gözümə vursun, onda gözüm açılar. Məndə də elədir, qızım gəlib desə ki, ata, mən gəlmişəm, o zaman gözlərim açılar…”

Bunu “Cümhuriyət”-ə müsahibəsində doğum gününü qeyd edən aktyor Elşad Məmmədov deyib. 

-Elşad bəy, aktyor olmağa necə qərar vermisiz?

-Mən 1969-cu il mayın 9-da Bakıda, Bayıl qəsəbəsində sürücü ailəsində anadan olmuşam. Qələbə Günündə dünyaya gəldiyimə görə anam mənə “Elşad” adını verib, yəni “Elin şadı”... Ətrafımda bu sənətlə məşğul olan heç kim yox idi.

Amma anam tərəfindən uzaq bir qohumumuz, Gənc Tamaşaçılar Teatrının aktyoru Osman Hacıbəyov vardı. Mən onu həmişə “dayı” deyə çağırırdım. O, bir çox tanınmış tamaşalarda çıxış etmişdi, onu özümə ideal bildim. Düzdür, doğma dayım olmasa da, dedim ki, qoç igid dayısına oxşayar və aktyor sənətini seçdim.

Bayılda oxuduğum 49 saylı orta məktəbə tez-tez aktyorlar gəlirdi, tədbirlər keçirirdilər. Onlara heyranlıqla baxırdım. Bu görüşlər peşə seçimimə böyük təsir göstərdi. Öz-özümə dedim ki, bir gün mənimlə də belə görüş keçirilsin. Elə də oldu. Məktəbimin fəxri məzunu oldum. Hər beş ildən bir, mayın 9-da həmin məktəbin akt zalında mənimlə görüşlər təşkil olunurdu. Bu, mənim üçün böyük qürur idi.

-Neçə ildir sənətdəsiniz?

-44 ildir bu sənətdəyəm, mənim sənət müəllimim teatr aləmində demək olar ki, bütün aktyorların sənət müəllimi olmuş Lütfi Məmmədbəyov idi. Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam.

Bizimlə birgə o səhnədə Xalq artistləri Əliabbas Qədirov, Loğman Kərimov, Əməkdar artist Şahin Cəbrayılov, Xalq artisti Laləzar Mustafayeva, Məleykə Əsədova, Xanım Qafarova, Adışirin Bağırov kimi dəyərli sənətkarlar da çıxış edirdi. 

1980-ci ildə Lütfi müəllim məni Akademik Milli Dram Teatrına apardı. 1986-cı ilə qədər orada kütləvi tamaşalarda epizodik rollarda çıxış etdim. “Vaqif”, “Od gəlini”, “Tufandan əvvəl”, “Gülüstan” kimi tamaşalarda oynamışam. Məlik Dadaşov, Məmməd Sadıqov, Əliabbas Qədirov, Həsənağa Turabov kimi böyük sənətkarlarla tərəf müqabili olmuşam.

Filmlərdən Şahmar Ələkbərovun “Yük”, Vaqif Mustafayevin “Yoxlama”, Oktay Mirqasımovun “Cin Mikrorayonda” və Tofiq Tağızadənin “Köpək” filmlərində çəkilmişəm.

-Siz böyük bir faciə yaşamısınız. Qızınızı itirmisiz. Allah rəhmət eləsin. Qızınızdan sonrakı həyatınızı necə keçir?

-Qızım mənim hər şeyim idi. Fövqəladə Hallar Akademiyasının Yanğından Mühafizə fakültəsini bitirmişdi. Diplomunu almışdı, amma işləyə bilmədi. Sənətə, mədəniyyətə çox bağlı bir qız idi. Mənimlə birgə dövlət tədbirlərində çıxış edirdi.

Həmin il sanki hər şeyə çatmaq istəyirdi. Novruzda mən “Kosa”, o “Bahar qızı”, Yeni ildə mən “Şaxta baba”, o “Qar qız” olurdu. Gözəl vokal səsi vardı.

Atam və anam da vəfat edib. Amma heç bir kədər övlad acısı qədər uzun sürmədi. Hadisə təzə baş verəndə deyirdim ki, daha bu dünyanı, şadlığı, şənliyi neynirəm? Amma indi onun ruhunu şad etmək, gözümün nurunu itirməmək üçün hələ səhnədə oynayıb, yaratmaq istəyirəm. 

Məni qızım tamaşaya aparardı. Pərdənin arxasından səhnəyə ötürərdi. Orada gözləyərdi. Mən səhnədən çıxanda əlimdən tutub qrim otağına aparardı. Deyirlər ki, birini bu qədər ürəkdən sevmək olmaz. Ürəkdən bağlananda o adamı itirə bilərsən. Ona görə bilmirəm həyatda necə davranım ki, onu itirməyim. Belə şeyləri yalnız filmlərdə görmüşəm. Hadisə baş verəndə öz-özümə “Görəsən, bu bir yuxudur, yoxsa gerçək?” dedim.

Qızım 6 iyul tarixində dənizdə boğulma təhlükəsi ilə üzləşmişdi. Sonradan mən və həyat yoldaşım görürdük ki, qızda arıqlama gedir. Müxtəlif həkimlərə apardıq, hərəsi bir söz dedi. Lakin ölümündən bir həftə əvvəl bir həkim dedi ki, bu, anemiyadır, qanazlığı varmış. Dənizdə baş verən hadisəyə qədər heç bir problem yox idi. 

Həmin gün qohumumuzun maşını ilə qızımı Yeni Klinikaya aparırdıq. Yolda anasının qucağında keçindi. Özümü itirmişdim. Təcili yardım bir az tez gəlsəydi, bəlkə də qızım yenidən həyata qayıdardı.

Əvvəllər toylara gedəndə “Vağzalı” səslənəndə kövrəlirdim. Qızım soruşurdu ki, ata, niyə ağlayırsan? Deyirdim ki, qızım, səni xoşbəxt görmək istəyirəm. Mən onu ağ duvaqda görmək istəmişdim, amma ağ kəfəndə gördüm… Qızım əlimdən ağ göyərçin kimi uçub getdi. O qız mənim tutan əlim, görən gözüm idi.

-Deyirsiniz ki, qızınız sizi səhnəyə hazırlanmaqda kömək edirdi, bəs indi necə olacaq?

-Opera Teatrının binasında hər şey mənə tanışdır. İndi, yəqin ki, qrim otağından səhnəyə çıxmağa mənə kimsə kömək edər, ya da bəlkə o vaxta qədər özüm yaxşılaşaram. Teatrın binasında təmir bitdikdən sonra yenidən həmin həvəslə səhnəyə çıxmaq istəyirəm. Gözümün biri 20 faiz, o biri isə 3 faiz görür. Axşam saatlarında çölə çıxa bilmirəm. Eşitmişdim ki, Gürcüstanda yaxşı bir həkim var. Amma quru sərhədlər bağlı olduğuna görə gedə bilmədim. Müalicənin məbləği 14 500 dollar idi. Mən bu barədə yüksək instansiyalara müraciət etdim, amma cavab gəlmədi. Açığı, bir az incik düşdüm. 

– 45 ildir sənətdəsiniz. Əməyiniz necə qiymətləndirilib?

-Bəzən elə bilirlər ki, mən Xalq artistiyəm. Hamıya deyirəm ki, mənim üzərimdə Akademik Dram Teatrının aktyoru adı var. Mən akademik aktyoram. Həm də heç vaxt “xaltura”nı sevməmişəm. Heç vaxt səhnəyə nəyinsə xətrinə çıxmamışam. Teatrımızın böyük kollektivi var. Onların hamısı mənim xətrimi çox istəyir, mən də onları çox istəyirəm.

Mənə “Əməkdar artist” və “Xalq artisti” fəxri adı  verilməyib. Verilsə, əlbəttə, daha yaxşı olar. Verilmirsə, canları sağ olsun. Fazil Salayevin, Bahadur Əliyevin fəxri adı olmayıb. Mən nə onlardan əskiyəm, nə də artıq. Birinci növbədə Allahdan can sağlığı diləyirəm. 

– Sizdə Yuri Nikulinin kloun burnu var. O hədiyyəni sizə necə verdi?

-Vaxtilə AzTV-də uşaq saatında “Şurum-Burum əmi” kimi efirə çıxırdım. Onu sonradan “Şirin Burun” adlandırdım. Obrazı elə ürəklə oynadım ki, o gündən hamı məni “Şirin Burun əmi” kimi tanıyır.

Moskvada Kinomatoqrafiya İnstitutuna imtahan verməyə getmişdim. Orada Yuri Nikulinlə qarşılaşdım. Söhbət zamanı özümü kloun kimi təqdim etdim, məqsədlərimi danışdım. Nikulin tərəfindən mənə o məşhur kloun burnu təqdim edildi. İndiyə qədər o burun məndədir. Bütün tədbirlərə onunla çıxıram. 

– Heç demisinizmi bu obraz mənlikdir, onu mən daha yaxşı canlandıraram?

Birinci növbədə Hüseyn Cavidin “İblis” faciəsində İblis obrazını canlandırardım. Komediya baxımından ən çox arzuladığım obraz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”unda Məşədi İbadı rolunu oynamaqdır. 

Xatırlayıram, o vaxtlar Dövlət Televiziyasının "7–17" adlı bir proqramı vardı. Azərbaycanda Mərkəzi Komsomol idarəsi vardı. Mən orada Gənclər İdarəsinin dəstəyi ilə "Məlhəm" estrada teatrını təsis etdim. Bu teatr bu günə qədər var. 

Bu teatrın ilk iştirakçıları Gülxar Həsənova, Şəfiqə xanım Axundova, onun oğlu Taleh Hacıyev, Səfurə Əzimi, Elxan Həcızadə, meyxanaçı Nizami Rəmzi, Rəhman Rəhmanov, Ağarəfi Rəhimli, Xanım Qafarova idi. 

"7–17" proqramında Anar Cəbiyev Nağılbaz da vardı. O, Əliağa Vahid üslubunda meyxana deyirdi. Bir gün Anara dedim ki, Azərbaycanda hələ rep janrı yoxdur, meyxananı rep üslubunda səhnəyə çıxaraq. O vaxt Anar hər yerdə deyirdi ki, repi Azərbaycana gətirən mənim ifamda Elşad müəllim oldu.

Anar çox gənc idi. Mən onu kiçik qardaşım qədər çox sevirdim. Onun ətrafındakı bəzi rep deyən uşaqlar Anardan istifadə edirdilər. Mən ona həmişə, "Axı atan Milli Məclisin deputatı idi, sən gözəl, dəyərli bir ailədən gəlirsən" deyirdim.  Teymur Əmrahla bir evdə, 7 il qardaş kimi yaşamışam. O vaxtlar Teymur hələ tanınmırdı. Mən onu dəmir yolu vağzalında gördüm, tanış olduq. Onu evimizə gətirdim, atam və anamla tanış etdim. 

Mən heç vaxt istəməmişəm ki, Teymur mənim adımı çəkib nəsə desin. Amma bir istəyim var ki, mənim mərhum anamın adını çəksin. Çünki anam onu öz övladından ayırmadı. Valideynlərim ona öz balası kimi yanaşdı. Teymur çox istedadlı və bacarıqlı sənətçidir. Amma hər dəfə çıxışlarında Xuraman Qasımovanın, Flora Kərimovanın adını çəkir, bircə dəfə də anamın adını çəkməyib. 

Teymur Əmrah 2022-ci ilin mayın 9-da mənə zəng etdi. Dedi ki, istəyirəm ad günündə bir yerdə oturaq. Onu düz 20 il idi görmürdüm. Görüşdük, başqa dostlarımız da gəldi. O gündən sonra yenə yoxa çıxdı. Zəng edirəm, cavab vermir. Həyat qəribədir… Amma qardaş bildiyim bir insan bunu etməməli idi.

-Sonda sizi sevənlərə nə demək istəyirsiniz?

-Tamaşaçılar məndən nigaran qalmasınlar. İnşallah, yenidən səhnəyə qayıdacağam və onlarla görüşəcəyəm. Aktyor tamaşaçı alqışı ilə var olur. 

Əfsanə Rəcəb
"Cebheinfo.az" 

Açar sözlər: Teymur Əmrah Flora Kərimova Elşad Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri