“Adını “Əkindən bazara qədər” qoymalı idik”
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Bu qanun layihəsinin adını “Əkindən bazara qədər” qoymalı idik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novrzuov bildirib.
“Burada torpağın əkilməsindən başlayaraq, məhsulun istehsalı, onun sertifikatlaşdırılması, bazara çatması və satışına qədər olan hər bir məsələ öz əksini tapıb. Bu gün dünyada ərzaq təhlükəsizliyi enerji və digər təhlükəsizliklərlə bərabər tutulur. Ərzaq təhlükəsizliyi indi ön plana keçir. Bu, çox vacib olan məsələdir.
Azərbaycan da burada ön sıralarda olan ölkələrdəndir, bu məsələlərin həyata keçirilməsində öz addımlarını atır. İşğaldan azad olunan ərazilərdə istehsal olunan kənd təsərrüfatı məhsulları artıq dünya bazarlarına çıxarılır”, - deyə komitə sədri qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















