Stokholmda zorakılıq halları səbəbindən xüsusi məktəblərin sayının artırılması planlaşdırılır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Stokholm, 21 noyabr, AZƏRTAC
İsveç paytaxtının hakimiyyət orqanları aqressiv davranış nümayiş etdirən və tədris prosesini pozan şagirdlər üçün xüsusi məktəblər sisteminin genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bununla bağlı qərar Stokholm məktəblərində zorakılıq və təhdidlərlə bağlı məlumatların artması fonunda müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, təkcə sentyabr ayında Stokholm məktəblərində 338 belə hadisə qeydə alınıb. “İsveç müəllimləri” həmkarlar ittifaqının məlumatına görə, pedaqoqlara fiziki hücumlar edilib. Müəllimlərdən birinin üzünə bir neçə tikiş vurulub, digəri isə stulla hücuma məruz qalıb.
Bu tələblərə cavab olaraq, şəhər hakimiyyəti aqressiv davranış nümayiş etdirən şagirdlərin müvəqqəti olaraq biraylıq, istisna hallarda isə səkkiz həftəyə qədər köçürülə biləcəyi xüsusi məktəblərin fəaliyyətini genişləndirməyi təklif edib.
Hazırda Stokholmda bu cür dəstək iki formatda mövcuddur: 6-9-cu sinif şagirdləri üçün xüsusi məktəb və adi məktəblərində ibtidai sinif şagirdləri ilə birbaşa işləyən mobil mütəxəssislər qrupları. Hakimiyyət orqanları hazırda xüsusi məktəbləri 4-5-ci siniflərə qədər genişləndirməyi və mobil xidməti genişləndirməyi düşünür. Stokholm İcbari Təhsil İdarəsi qeyd edib ki, zorakılığın həqiqətən artmasını və ya bununla bağlı xəbərlərin geniş vüsət almasının bu cür hadisələrə daha sərt yanaşma ilə əlaqəli olduğunu müəyyən etmək hələ mümkün deyil.
Onlar, həmçinin uşaqları xüsusi məktəblərə köçürərkən ehtiyatlı yanaşmanın vacibliyini qeyd edirlər, çünki bu cür tədbirlər şagirdləri damğalaya və onların psixoloji rifahına mənfi təsir göstərə bilər.
Şəhər rəsmiləri və həmkarlar ittifaqı məktəblərdə təhlükəsizliyi gücləndirmək məqsədilə birgə fəaliyyət planı hazırlamaq niyyətindədir.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 21 Noyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















