Icma.az
close
up
RU
Adını TURAN qoydum

Adını TURAN qoydum

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Türkiyə və türklərlə ilk tanışlığım atamın şəxsi kitabxanasındakı türkcə kitablardan başlayıb. 10-11 yaşlarımdan 17 cildlik “Türkiye Ansiklopedisi”ni vərəqlədiyimi xatırlayıram. Yaşım artdıqca bədii ədəbiyyat oxumağa başladım. Və təbii ki, Nazim Hikmətdən başladım. Çünki o zamanlar onun 8 cildlik “Bütün Eserleri” bizdə də vardı. Bu kitablar Bolqarıstanın “Narodna Prosveta” nəşriyyatında çap olunduğu üçün onlar Moskvadakı xüsusi kitab mağazasında satılırdı.

“Türkiye Ansiklopedisi” isə Sofiyada deyil, İstanbulda çap olunmuşdu və atam ensiklopediyanı bir gəmi kapitanından çox böyük pula almışdı. O vaxt bu kitabları almaq da təhlükəli idi, saxlamaq da. Mənfur rejim hələ dağılmamışdı…

* * *

“Narodna Prosveta” (bolq. Xalq Maarifi) 1945-ci ildə Bolqarıstanda yaradılmış dövlət nəşriyyatıdır. Rəsmi Sofiya 1949-cu ildə “Kitab çapı haqda” qanun qəbul edir və bütün poliqrafiya sənayesi dövlətin əlinə keçir. Gizli məqsədlərdən biri Bolqarıstandakı türklərin nə oxuduqlarını nəzarətə almaq idi. Moskva isə bu kitabları yaymaqla Sovet İttifaqındakı türk milliyyətçiliyinə qarşı türkcə sosialist təmayüllü kitabları təbliğ etdiyinə inanırdı.

Təsadüfi deyil ki, Sovet dövründə satılanlar əsasən sol təmatüllü ədəbiyyat adamlarının –Nazim Hikmət, Aziz Nesin, Sabahattin Ali, Haldun Taner, Orhan Veli və b. kitabları idi. M. Akif Ersoy, Abdülhak Hamit, Yahya Bayatlı, N. Fazıl Kısakürek, Arif Nihat Asya və başqaları isə yasaqlı idilər. Onlardan bəzilərini ilk dəfə əlimə 1981-ci ildə aldım. Özü də Almaniya Demokratik Respublikasında, yəni sosialist Almaniyasının Karl Marks Ştadt şəhərində...

* * *

Sovetin nəyi də olmasa maraqlı, macəra dolu tələbəlik həyatı var idi. 3-cü kursun sonunda insitutumuzdan seçilmiş 25 nəfər tələbə Tələbə İnşaat Dəstəsilə Almaniya Demokratik Respublikasının Karl Marks Ştadt şəhərinə (indiki Kemnits) getdik. Avropanın hər ölkəsindən bir, Sovet İttifaqından isə iki dəstə var idi – biz və Moskva Dövlət Universiteti. 700-ə yaxın tələbə Karl Marks Ştadt universitetinin kampusunda yaşayırdı.

Dəstəmizdə bircə qız var idi – bu gün məşhur televiziya aparıcısı, gözəllər gözəli Nərgiz Cəlilova. Elə dəstəmizə də “Nərgiz” adını vermişdik. 15 gün Saksoniya əyalətində dəmir yolları üçün kabel çəkirdik. Sonrakı 15 gündə də Veymar, Drezden, Buxenvald və Berlini gəzdik.

Səhər 5.30-da yuxudan qalxır, 6.30-dan 15.30-a qədər çalışırdıq. Sonra isə sərbəst idik; diskotekalar, idman yarışları, sinema. Gəldiyimiz günün axşamı tələbə yeməkxanasından çıxarkən qulaqlarıma inanmadım: arxamda TÜRKCƏ (!!!) danışırdılar. Donub qalmışdım, qorxumdan dönüb arxama baxmaq istəmirdim – birdən yanılaram, birdən onlar TÜRK yox başqaları olarlar…

O günə qədər türkcə danışığı ancaq radioda eşitmişdim, canlı Türk isə görməmişdim. Arxamdan gələnlər Federativ Almaniya tələbə dəstəsinin 5 türk üzvü idi. Biri solçu, 4-ü isə milliyyətçilər idilər: Mustafa, Hasan, Süleyman və Ali. Onlarla ilk gecəni yatmamış, səhərə qədər söhbət etmişdik (Solçu olan rus tələbələrə yaxınlıq eləmək istəmişdi, onlar da üz verməmişdilər).

Bu sətirləri yazarkən də hisslərimi boğa bilmirəm, həyatda yaşadığım ən önəmli günlərdən biri idi; Türklərlə danışırdım, sarılaraq, sevinc və göz yaşı ilə...Türk olduğumu anlayırdım, əmin olmuşdum o gecə…

* * *

Kampusda keçirilən futbol turnirində finala Federativ Almaniya komandası ilə moskvalılar çıxdılar. Mustafagil alman komandasının əsas oyunçuları idilər. Mən də onlara dəstək üçün finala baxmağa getdim. Oyuna yarım saat qalmış dedilər ki, hakim gəlməyib. Sağa-sola baxıb finalı mənə həvalə elədilər.

İlk dəfə hakimlik edirdim. Oyun 0-0 hesabı ilə bitirdi ki, almanların son hücumunda Hasanın ayağı cərimə meydanında dolaşdı və tappılti ilə yerə düşdü. Nə bir təmas var idi, nə də qayda pozuntusu. Mən düşünmədən 11 metrəni göstərdim. Üstümə gələn ruslara bir sifət göstərdim ki, geri çəkildilər. Mustafa penaltını qola çevirdi. Maç bitdi, kuboku alman komandası aldı.

Ertəsi gün axşam bizimkilər iclas keçirdilər. İçimizdən biri (hamı onun kim olduğunu və hara işlədiyini yaxşı bilirdi) məni satmışdı. Komandirimiz (fəlsəfə kafedrasının dosenti idi) mənə xəbərdarlıq elan etdi və “Boz qurdçularla” dostluq etdiyimə görə Bakıya qayıdan kimi ali məktəbdən qovulacağımı söylədi. İclas Nərgiz Cəlilovanın hıçqıraraq ağlaması ilə bitdi.

Mən nə də olsa institutdan qovulacam deyə açıq-aşkar bütün boş vaxtlarımı axıra qədər türklərlə keçirdim. Hədiyyə etdikləri 3 kitabı – “Safahat” (M.A. Ersoy), “Kaldırımlar” (N.F. Kısakürek) və A.N. Asyanın şerlərini Polşa-Sovet sərhədində rus sərhədçilərininin diqqətindən yayındırıb evə gətirdim…

Sentyabr ayında məni rektorluğa çağırdılar. Allah akademik Azad Mirzəcanzadəyə rəhmət eləsin, onun sayəsində qovulmaqdan qurtuldum. Rektora, akademik İsmayıl İbrahimova sərt bir şəkildə “O cavan olğan burada qalıb oxuyacaq” demişdi. Onun şəksiz nüfuzu öz rolunu oynadı.

* * *

3 il sonra isə aspiranturaya daxil oldum – Azad müəllim elmi rəhbərim oldu…

Hərdən instituta nümayişkarcasına Mustafanın mənə hədiyyə etdiyi futbolka ilə gedirdim. Futbolkanın üzərində qurd rəsmi, üstündə isə “Turan” yazılmışdı. Yaman forslanırdım o futbolkanı geyəndə.

Bir o maykanı ilk dəfə geyəndə forslanmışdım, bir də oğlum olanda.

9 il sonra oğlum oldu. Adını Turan qoydum…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2024 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri