Icma.az
close
up
RU
Adları qanunsuz mərc və şans oyunlarında hallanan məşhurlarla bağlı eksdeputatdan açıqlama: “Gectez məsuliyyətə cəlb ediləcəklər...”

Adları qanunsuz mərc və şans oyunlarında hallanan məşhurlarla bağlı eksdeputatdan açıqlama: “Gectez məsuliyyətə cəlb ediləcəklər...”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanda qumar oyunlarının təşkili və bu cür oyunlarda iştirak qadağandır. Bu, inzibati və cinayət məsuliyyəti yaradan hallardır. Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vurur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin eks-deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. 
Ç.Qənizadə qeyd edib ki, ölkə ərazisində hər hansı bir hərəkət qanunla qadağan edilirsə, bundan çəkinmək lazımdır. 
Türkiyədə qanunsuz mərc oyunlarına görə məşhur simaların saxlanılmasına gəlincə, hüquq müdafiəçisi Azərbaycanda da oxşar vəziyyətin narahatlıq doğurduğunu bildirib:
“Hesab edirəm ki, Türkiyə hökuməti bu hallarla bağlı məşhur şəxslərə qarşı addımlar ataraq istintaqa başlayıbsa, bu, Azərbaycanda da eyni əməllərlə məşğul olan insanlara bir dərs olmalıdır. Onlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Təkrar eyni əməli törədənlərsə məsuliyyətə cəlb edilməlidirlər. 
Hesab edirəm ki, Türkiyədəki məsələ Azərbaycan hüquq-mühafizə orqanlarının da diqqətini çəkəcək. Bu məsələ ilə bağlı zaman-zaman ayrı-ayrı şəxslərin istintaqa cəlb edildiyinin şahidi oluruq. Digər şəxslər də bilməlidirlər ki, hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən kənarda qalmayacaq və gec-tez məsuliyyətə cəlb ediləcəklər”.
Qeyd edək ki, İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirib və məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb.
Törə Zeynallı
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri