Adnan Əhmədzadənin xanımının Londonda şirkətləri var imiş Faktlar
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova bir müddət əvvəl Azərbaycanı tərk edərək Londona yerləşib.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 33 yaşlı Gülsəfa Cəfərova daha öncə də uzun müddət Londonda yaşayıb və onun burada bir neçə şirkəti olub.
Bu şirkətlərdən biri də “Solidis London” LTD olub.
2023-cü ilin mayın 16-da ləğv olunan şirkətin ünvanı Oksford küçəsində yerləşib.
Gülsəfa Cəfərovaya məxsus daha bir şirkət isə AA PROPERTIES 2000 LTD olub. Adnan Əhmədzadə tərəfindən təsis olunan, hazırda isə reysterdən çıxarılaraq ləğv olunan şirkətin öncəki direktoru Nigar Kərimli olsa da, 7 iyul 2020-ci il tarixdə Gülsəfa Osman qızı Cəfərova bu vəzifəni ondan təhvil alıb.
Gülsəfa Cəfərova şirkəti reyestrdən çıxarmaq üçün 30 oktyabr 2023-cü ildə ərizə ilə müraciət edib.
Şirkətin ünvanı Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR olub.
Adnan Əhmədzadənin xanımının hazırda aktiv fəaliyyət göstərdiyi şirkəti isə MEDUSA 622 LTD-dir.
Bu şirkətin tərkibinə Londonda fəaliyyət göstərən lüks gözəllik salonları daxildir. Şirkətin ünvanı Londonda 10 Beauchamp Place küçəsində yerləşir.
Maraqlıdır ki, şirkət Adnan Əhmədzadənin həbsindən sonra – yəni, sentyabrın 22-də gələcək fəaliyyətinin qanuni olduğunu bəyan edib.
Qeyd edək ki, Adnan Əhmədzadə Azərbaycan iqtisadiyyatına təxribatda ittiham olunaraq həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















