Icma.az
close
up
RU
ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2 ci yerdədir

ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2 ci yerdədir

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AD Scientific Index 2025-ci il üçün ali təhsil və elmi tədqiqat müəssisələrinin növbəti reytinq nəticələrini təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu AD Scientific Index reytinqində ölkə üzrə 2-ci yerə layiq görülüb. Dünya üzrə reytinq nəticələrinə əsasən isə ADNSU 5643-cü mövqedə qərarlaşıb.

Universitetin 168 nəfərlik akademik heyəti arasında bir sıra alimlər fərqlənib. Belə ki, ADNSU-nun 1 alimi dünyanın top-10-luğunda, 1 alimi top-30-da, 16 alimi top-50-də, 64 alimi isə top-70-də yer alıb. Bu göstəricilər universitetin elmi potensialının yüksəldiyini və beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.

Açıqlanan nəticələrə əsasən, ümumilikdə 24 520 ali təhsil və tədqiqat müəssisəsi reytinqə daxil edilib. Universitetlər üç əsas kateqoriya üzrə (ümumi-29, dövlət-23, özəl-6) sıralanıb.

Bununla yanaşı, reytinqdə 24 tədqiqat institutu, 1 şirkət və bir sıra xəstəxanalar da yer alıb. "AD Scientific Index” yalnız ali təhsil müəssisələrini deyil deyil, həmçinin  müxtəlif elm və səhiyyə ocaqlarını əhatə edən unikal qiymətləndirmə sistemi kimi fərqləndirir.

AD Scientific Index (Alper-Doger Scientific Index) elmi jurnallar və universitetlər üzrə qiymətləndirmələr aparmaqla yanaşı, alimlərin elmi fəaliyyətini və məhsuldarlığını təhlil edən reytinq və analiz sistemidir. Bu sistem, alimlərin elmi fəaliyyətlərinə görə universitet və ya institut daxilində top 10, 20, 40, 60, 80, 90 faizlərində və ümumi alimlər üzrə paylanmasını təhlil edən yeganə universitet/institut reytinq sistemidir. Həmçinin, "AD Scientific Index” universitetləri ümumi H-indeksi, son 6 il H-indeksi, ümumi i10 indeksi və sitatlar əsasında sıralama imkanı təqdim edir.

Qeyd edək ki, ADNSU həmçinin, dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralamasının nəticələrinə əsasən, "QS Dünya Universitetləri Reytinqi 2026”-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri