Icma.az
close
up
RU
ADNSU ilə İzmir Yüksək Texnologiyalar İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb FOTOLAR

ADNSU ilə İzmir Yüksək Texnologiyalar İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb FOTOLAR

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) rektoru, professor Yusuf Baran və Kitabxana və sənədləşmə şöbəsinin müdiri Gültekin Gürdalla görüşüb. 

Manset.az xəbər verir ki, qonaqlar əvvəlcə ADNSU-nun Azərbaycan-Türkiyə Dostluq Mərkəzi ilə tanış olub, türkiyəli şəhidlər- professor İlhan Varank və Erol Olçokun adları verilən auditoriyaları gəzib, ADNSU-da şəhidlər üçün ucaldılmış abidə kompleksini ziyarət ediblər. 

Qonaqları universitetdə salamlayan rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun tarixi,  tədris prosesi, universitetin maddi-texniki bazası, həmçinin beynəlxalq əlaqələr və əməkdaşlıqdan danışıb. ADNSU-nun son illərdə beynəlxalq reytinqlərdə artan nüfuzundan söz açan dosent Vazeh Əskərov xarici universitetlərlə, əsasən də Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini, eyni zamanda birgə layihələrdə, elmi tədqiqat işlərinin aparılmasında, tələbə-müəllim mübadiləsində, yaşıl enerji ilə bağlı birgə tədris proqramının yaradılmasında maraqlı olduğunu qeyd edib. 

ADNSU-da olmaqdan məmnun olduğunu deyən İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) rektoru, professor Yusuf Baran səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verdikdən sonra birgə əməkdaşlıqda, əsasən də yaşıl enerji, enerji sistemləri və mühəndislik sahələrində birgə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə birgə layihələr və  magistr proqramlarının hazırlanmasının hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib. 

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see131

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri