Icma.az
close
up
RU
ADNSU tələbələri Qazaxıstanda “Tələbə liderlərinin sammiti”ndə ilk üç yerə layiq görülüblər AZƏRTAC

ADNSU tələbələri Qazaxıstanda “Tələbə liderlərinin sammiti”ndə ilk üç yerə layiq görülüblər AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Qazaxıstanın Atırau şəhərində keçirilən Xəzər Texniki Konfransı və Sərgisində və “Tələbə liderlərinin sammiti”ndə iştirak ediblər.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirdə Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) ADNSU tələbə bölməsinin üzvləri olan Qaz-neft-mədən fakültəsinin IV kurs tələbəsi İlham Məmmədxanov, Energetika fakültəsinin III kurs tələbəsi Ayan Novruzova, Kimya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Ruslan Fəzidov, SABAH qruplarının kimya mühəndisliyi IV kurs tələbəsi Fəzilə Şirəlizadə, həmçinin SOCAR-ın “Çalışqan tələbə” təcrübə proqramının qalibləri - neft-qaz mühəndisliyi IV kurs tələbəsi Aytəkin Kazımova, SABAH qrupları neft-qaz mühəndisliyi tələbələri Araz Əkbərov və Fərid Mirzəli iştirak ediblər.

Tələbələr tədbir çərçivəsində neft-qaz sənayesindəki texnoloji yeniliklər, dayanıqlı enerji həlləri və sənayedə ekoloji yanaşmalar kimi aktual mövzular üzrə müzakirələrdə iştirak edərək bilik və təcrübələrini artırıblar. Eyni zamanda, “Tələbə liderlərinin sammiti”ndə müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Qazaxıstan və Belarusdan olan tələbələrlə birgə komandalar şəklində işləyərək praktiki və nəzəri məsələlər üzərində çalışıblar. ADNSU tələbələrinin daxil olduğu komandalar yüksək nəticələr əldə edərək ilk üç yerə layiq görülüblər.

İlham Məmmədxanovun daxil olduğu komanda “Neft çöküntülərinin yenidən yeraltına vurulması” adlı layihəni təqdim edərək üçüncü yerə layiq görülüb. Ruslan Fəridovun daxil olduğu komanda “Süni intellekt əsaslı litium çıxarılması üçün dayanıqlı həllər və su resurslarının bərpası” adlı layihə ilə çıxış edib. Ayan Novruzovanın daxil olduğu komanda isə “Yandırılan qazların bərpası sistemi” layihəsini təqdim edərək birinci yerə layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri