Icma.az
close
up
RU
ADP dən siyasi məhbuslarla bağlı ölkə rəhbərliyinə ÇAĞIRIŞ

ADP dən siyasi məhbuslarla bağlı ölkə rəhbərliyinə ÇAĞIRIŞ

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Partiya siyasi motivlərlə həbsdə olan şəxsləri, o cümlədən Tofiq Yaqublu və Əvəz Zeynallını azadlığa buraxmağa çağırdı

ADP son vaxtlar Rusiyada yaşayan vətəndaşlarımıza, xüsusilə iş adamlarına qarşı diskriminasiya siyasətinin tətbiq edilməsindən də narahatdır

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Türk Dövlətlər Təşkilatına daxil olan Qazaxıstan, Özbəkistan və Türkmənistanın Güney Kipri tanımaları və Rum kəsiminə aid bu hissədə böyük elçiliklər açmaları ilə bağlı razılaşmalarına münasibət bildirib.

Partiya yetkililəri qardaş Türkiyənin xarici siyasətində prioritet təşkil edən Şimali Kiprin tanınması istiqamətində göstərdiyi ciddi səylərə baxmayaraq, bir sıra Avropa dövlətlərinin adanın yalnız Rum kəsiminə aid hissəsinin müstəqilliyini qəbul etməsini türk və müsəlman dünyasına qarşı tətbiq edilən ikili standartların davamı kimi dəyərləndirib və TDT-yə daxil ölkələri Cənubi Kiprlə yanaşı Şimalı Kiprin də tanınması, elçiliklər açılması vasitəsi ilə diplomatik əlaqələr qurulması üçün yetkin qərarlar verməyə çağırıb. İdarə Heyəti, həmçinin, TDT-yə daxil olan qardaş ölkələri qurumun fəaliyyində yaranmış nisbi durğunluqları aradan qaldırmağa, əksər dövlətlərin, yaranmasına, uzaq gələcəyinə siyasi qısqanclıqla yanaşdığı bu təşkilatı iqtisadi, mədəni baxımından daha mütəşəkkil, digər beynəlxalq qurumlara rəqabət gücü daha etibarlı olan quruma dönüşdürmək üçün ciddi, effektli addımlar atmağa səsləyib.

Demokratlar Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında aparılan danışıqların nəticəsinə də münasibət bildirib və Tramp administarsiyasının müharibənin bitirilməsi üçün göstərdiyi cəhdlərə baxmayaraq, Rusiyanın öz işğalçılıq planlarından əl çəkmək istəməməsindən, əksinə, Ukraynanın daha geniş ərazilərini zor gücünə işğal və ilhaq etmək niyyətlərindən geri dönməməsi faktından ciddi narahat olduğunu bildirib. ABŞ-ın yumşaldıcı mövqeyindən şirnikləşən Putin hakimiyyətinin daha aqressiv mövqe nümayiş etdirməsinə diqqət çəkən İdarə Heyəti Tramp administrasiyasını qan içində boğulan suveren bir ölkənin taleyini özünün merkantil maraqlarına qurban verməməyə, Ukraynanın ərazi bütövlüyü, siyasi müstəqilliyinin qorunması üçün Rusiyanın başlatdığı işğalçılıq planlarının qarşısını almağa, sülh sazişinin əldə edilməsi üçün ən ağır sanksiyalar da daxil olmaqla, hər vasitə ilə təzyiq göstərməyə çağırıb.

ADP İdarə Heyəti son günlər İranla ABŞ arasında bu günə qədər olan münasibətlərin hərbi müstəviyə keçməsi, ABŞ tərəfindən nüvə proqramının dayandırılması da daxil olmaqla, irəli sürülən digər şərtlərin yerinə yetirilmədiyi halda İrana hərbi müdaxilə edilməsinin ciddi xarakter almasından narahat olduğunu bildirib və yaranmış hərbi qarşıdurmanın region və dünya üçün çox acı nəticələr verə biləcəyini diqqətə çatdırıb. İdarə Heyəti hər iki ölkəni bölgədə və dünyada böyük təlatümlər, çaxnaşmalar, insan itkiləri, zorən köçmələr yarada biləcək bu hərbi qarşıdurma cəhdlərinə son qoymağa, insanların sülh, təhlükəsiz, rifah halında yaşaması barədə beynəlxalq hüququn ana prinsiplərinə hörmətlə yanaşmağa çağırıb.

İdarə Heyəti Azərbaycanın bir sıra dövlətlər, o cümlədən İsrail-Türkiyə arasında yaranmış konfliktlərin həlli üçün barış missiyasını öz üzərinə götürməsi, barışa ev sahibliyi etməsi kimi örnək addımlarını ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzu, böyük-kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə faydalı iqtisadi əlaqələrinin genişlənməsi, bölgə və dünyada siyasi çəkisinin artması faktı kimi dəyərləndirib.

İdarə Heyəti bütün dünya tərəfindən izlənilən Antalya Diplomatik Forumunun nəticələrinə münasibət bildirib. Qeyd olunub ki, dünyanın getdikcə daha çox qütbləşdiyi, beynəlxalq hüququn yerini güc tətbiqetmə siyasətinin tutduğu, zora söykənən böyük dövlətlərin kiçik dövlətlərin mövcudluğuna son qoymaq, resurslarını mənimsəmək kimi imperial ambisiyalarının artdığı bir vaxtda Qərb qlobalizasiyasına müqavimət qabiliyyəti olan Cənub qlobalizasiyasının işə salınması qaçılmaz olduğu kimi, sülhün, təhlükəsizliyin qorunmasına xidmət edən beynəlxalq diplomatik əlaqələrin bərpası, yenidən qurulmasına ehtiyac da günü-gündən artır və bu baxımdan Antalya Diplomatik Forumunun daşıdığı missiya yüksək dəyərləndilməlidir.

İdarə Heyəti Avrasiya məkanının geniş coğrafiyasını əhatə edən, sülhün, təhlükəsizliyin, barış içində yaşamanın dərin məzmununu özündə ehtiva edən bu forumun, Türkiyə başda olmaqla, bütün türk və müsəlman aləminin beynəlxalq oyunlarda əsas oyunçuya çevrildiyini, onların yekdil müqavimət gücünün artdığını göstərən fakt olduğunu diqqətə çəkib. İdarə Heyəti Foruma qatılan dövlət başçısının keçirilən panel görüşlərində, ayrı-ayrı dövlət başçıları ilə apardığı danışıqlarda ölkəmizin milli maraqlarına söykənən mövqe tutmasını, Qarabağ zəfərinin xofunu yaşayan erməni və ermənipərəst dövlətlərin dövlətimizə qarşı qurmaq istədiyi məkrli planları bu platformadan ifşa eməsini təqdir edib.

İdarə Heyəti məlum təyyarə qəzasından sonra ölkəmizdə kök salan ruspərəst qüvvələrin ifşa edilməsi, Rusiyanın casus şəbəkəsinə çevrilən “Rus evi”nin fəaliyyətinin dyandırılması istiqamətində görülən ciddi tədbirlərdən sonra Rusiyanın bəzi rəsmi dairələrində Azərbaycana qarşı qərəzli addımların artdığını, Rusiyada yaşayan vətəndaşlarımıza, xüsusilə iş adamlarına qarşı diskriminasiya siyasətinin tətbiq edilməsi faktını diqqətə çəkib və ölkə rəhbərliyini məlum səbəblər ucbatından Rusiyada yaşamağa məcbur olan vətəndaşlarımızın hüquqlarının qorunmasına yönəlik təsirli tədbirlər görməyə çağırıb.

ADP İdarə Heyəti həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun uzunmüddətli aclıq aksiyasına başlamasından, o cümlədən “Xural TV”-nin rəhbəri Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlardan narahatçılığını ifadə edib. İdarə Heyəti bir daha ölkə rəhbərliyini humanistlik göstərərək siyasi motivlərlə həbsdə olan şəxslərin, o cümlədən Tofiq Yaqublunun və Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı müstəsna səlahiyyətlərindən istifadə etməyə çağırıb.

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Aprel 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri