FHN Bakıda məşhur pizza restoranını bağladı
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Yasamal rayonunda, Akademik Şəfaət Mehdiyev küçəsi 23 ünvanında yerləşən məşhur “El Pizza” restoranının fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, yoxlamalar zamanı yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən obyektin mətbəxində təbii qazdan normativlərə zidd istifadə olunduğu, standarta uyğun olmayan odun sobalarının quraşdırıldığı, odsöndürən balonların tələb edilən hündürlükdə yerləşdirilmədiyi, təxliyə planının və yanğına qarşı daxili rejimin olmadığı, həmçinin daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin təqdim edilmədiyi müəyyən edilib.
FHN-dən bildirilib ki, mövcud nöqsanlar hər an baş verə biləcək yanğının genişlənərək faciəyə səbəb olması riskini yaratdığı üçün obyektin işinin dayandırılması barədə qərar verilib və rəsmi sənəd restoran nümayəndəsinə təqdim olunub. Pepperoni pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















