İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də FOTO
Icma.az bildirir, Bizim media portalına istinadən.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhməd “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
İsmayıl Ould Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd edib.
Qonaq həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.




Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 26 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















