Icma.az
close
up
RU
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantı iştirakçıları Polşa prezidenti A.Dudanın ötən həftə Ermənistana səfəri zamanı Aİ-nın Ermənistandakı müşahidə missiyasının əməkdaşları ilə birgə Azərbaycanla şərti sərhədə gələrək müşahidələr aparmasına hakimiyyətin verdiyi kəskin reaksiyaya münasibət bildirb. Partiya yetkililəri Azərbaycana dost ölkənin prezidentinin ölkəmizə qərəzli münasibətdə olan Fransanın patronajlıq etdiyi bu missiyanın tərkibində şərti sərhədə gəlib “binokl şousu”nda iştirak etməsindən hakimiyyətin narazılıq etməsinin başa düşülən olduğunu qeyd etməklə, verilən reaksiyanın adekvat olmadığını diqqətə çatdırıb və iqtidarı Avropa strukturları ilə əlaqələrin gücləndirilməsi sahəsində səylərini artırmğa çağırıb.

İdarə Heyəti qonşu Gürcüstanda keçirilən parlament seçkilərindən sonra seçki saxtakarlığına qarşı başlanan xalq etirazları, ölkənin Avropa evinə istiqamətlənmiş kursunun davamçıları ilə Rusiya yönlü siyasət izləyən qüvvələr arasında yaşanan gərginliyə münasibət bildirib. Partiya rəsmiləri gürcü xalqının öz iradəsinə uyğun olaraq Rusiyanın imperialist cəngindən xilas olub, Avropa İttifaqına inteqrasiya olunma istəklərini yüksək dəyərləndirib və Qərb ölkələrini Cənubi Qafqazda ilk demokratik cümhuriyyət qurulmasınının örnəyini ortaya qoyan Gürcüstanın yanında durmağa, ona haqq işi uğrunda mübarizədə axıra qədər dəstək olmağa çağırıb.

İdarə Heyəti Fransa istehsalı olan bir filmdə Ermənilərin Kəlbəcəri işğalı zamanı xalqımızın köçə zorlanması, minlərlə insanın əsir götürülməsi, günahsız  dinc insanların qətlə yetirilməsi səhnələrini tarixi xronikadan götürərək saxtakarcasına bu vəhişiliklərin guya azərbaycanlılar tərəfindən ermənilərə qarşı törədildiyi kimi təqdim etməsini Fransanın ölkəmizə qarşı növbəti təxribat əməli kimi qətiyyətlə pisləyib. İdarə Heyəti hakimiyyəti bu cür əməllərin, davamlı olaraq baş verən tarixi saxtakarlıqların qarşısının alınması, erməni lobbisi, erməni himayədarlarının ölkəmizə qarşı hər cür iyrənc metodlarla tətbiq etdiyi anti Azərbaycan siyasətinin neytrallaşdırılması üçün səylərini artırmağa, önləyici tədbirlər görməyə çağırıb.

İdarə Heyəti bir qrup YAP-çı millət vəkillərinin parlament kürsüsündən xalqın sosial-iqtisadi vəziyyətinin ağırlaşması, sosial haqsızlıqlarla baş-başa qoyulması məsələsini gündəmə gətirdikdən sonra öz həmkarları tərəfindən sərt tənqidə məruz qalmasını, onlara öz mövqeyini dəyişməsi üçün basqı edilməsini pisləyib və anlaşılmazlığın kökündə seçki saxtakarlığının, azad parlament ruhunun boğulmasının durduğunu diqqətə çatdırıb.

İdarə Heyəti son zamanlar cərimələrin artırılması siyasətinin davam etdirilməsini, o cümlədən gələn ilki dövlət büdcəsinə cərimələrin daxil olmaların 800 milyon manata yaxın proqnozlaşdırılmasını qətiyyətlə pisləyib, bu tendensiyanın vətəndaşların sosial-iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etdiyini bildirib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri