Icma.az
close
up
RU
Azərbaycanda tarixi irs və çağdaş multikulturalizm modeli

Azərbaycanda tarixi irs və çağdaş multikulturalizm modeli

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Din xadimlərinin ortaq elmi-dini baxışı

Azərbaycan tarixən müxtəlif dini ənənələrin qarşılıqlı mövcud olduğu, fərqli etiqadların vahid ictimai-mədəni mühitdə yaşadığı məkanlardan biri olmuşdur. Zər­düştilik, yəhudilik, xristianlıq və islamın tarixi izləri ölkəmizin zəngin dini-mədəni irsinin formalaşmasında mühüm rol oyna­mışdır. 

Bu irs keçmişin tarixi yadigarı olmaq­la yanaşı, müasir Azərbaycan cəmiyyətində mənəvi həmrəyliyin əsaslarından biridir. Müsəlman, pravoslav, katolik, alban-udi və yəhudi dini ənənələrinin nümayəndələ­ri olaraq hesab edirik ki, dini müxtəlifliyin qorunması, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin inkişafı ümumi mənəvi mə­suliyyətimizdir.

Tarixi irs və dini müxtəliflik

Azərbaycanın dini tarixində Qafqaz Al­baniyasının xristianlıq ənənələri, pravoslav və katolik icmalarının fəaliyyəti, eləcə də yəhudi icmalarının çoxəsrlik mövcudluğu xüsusi yer tutur. Alban-udi dini irsinin yaşa­dılması, pravoslav və katolik məbədlərinin fəaliyyəti, Qəbələnin Nic qəsəbəsi, Qubadakı Qırmızı qəsəbənin tarixi-mədəni əhəmiyyəti ölkəmizin konfessional zənginliyinin bariz nümunələridir.

İslam isə əsrlər boyu Azərbaycanın mənəvi-mədəni həyatının formalaşmasında mühüm rol oynamışdır. Bu dini ənənələrin tarixi varlığı göstərir ki, müxtəlif etiqadların birgə mövcudluğu Azərbaycan cəmiyyətinin mədəni yaddaşının ayrılmaz hissəsidir.

Ortaq mənəvi dəyərlər və dinlərarası dialoq

İslam, xristianlıq və yəhudilik müxtəlif teoloji əsaslara, ibadət formalarına və dini ənənələrə malik olsa da, onların mənəvi-əx­laqi təlimlərində bir sıra ortaq prinsiplər mövcuddur. İnsan ləyaqətinə hörmət, ədalət, mərhəmət, sülh, ailə dəyərlərinin qorunması və ehtiyacı olanlara yardım bu prinsiplərin başlıcalarıdır.

Bu baxımdan, dinlərarası dialoqun ma­hiyyəti hər bir dini ənənənin özünəməxsus­luğunu qorumaqla ortaq mənəvi dəyərlər ətrafında əməkdaşlıq yaratmaqdır. Dini müxtəlifliyə hörmət və qarşılıqlı anlaşma cəmiyyətin mənəvi bütövlüyünü gücləndirən mühüm amillərdir.

Dünyəvilik və multikulturalizmin hüquqi əsasları

Azərbaycan Respublikasının Konstitu­siyasında təsbit olunmuş vicdan azadlığı, hüquq bərabərliyi və dünyəvilik prinsipləri dini müxtəlifliyin hüquqi təminatını təşkil edir. Dünyəvi dövlət modeli dini inancların inkarı kimi yox bütün vətəndaşların etiqad azadlığının və hüquqlarının bərabər qorun­ması prinsipidir.

Multikulturalizmin əsas mahiyyəti də fərqli dini və mədəni kimliklərin qorunması, eyni zamanda ümumi dövlətçilik və vətən­daşlıq dəyərləri ətrafında birliyin təmin edil­məsidir. Bu modeldə dini mənsubiyyət insan­ların mənəvi kimliyinin bir hissəsi kimi qəbul edilməlidir.

Qafqaz Müsəlmanları İdarəsi və dinlərarası həmrəylik

Azərbaycanda dinlərarası həmrəyliyin inkişafında Qafqaz Müsəlmanları İdarəsinin də mühüm institusional rolu vardır. QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin müxtəlif dini icmalarla qurduğu münasibət­lər, dinlərarası dialoqun təşviqi istiqamətin­də fəaliyyəti və beynəlxalq dini platforma­lardakı iştirakı bu əməkdaşlığın inkişafına töhfə verir. Onun dini məsələlərdə təcrübəli ağsaqqal mövqeyi və barışdırıcı yanaşması ölkəmizdə konfessiyalararası etimadın möh­kəmlənməsi baxımından əhəmiyyətlidir.

Ortaq məsuliyyət və gələcəyə baxış

Müasir dövrdə dini dözümsüzlük, radi­kalizm və konfessiyalararası qarşıdurmala­rın qarşısının alınması bütün dini icmaların üzərinə mühüm məsuliyyət qoyur. Din öz ali mənəvi mahiyyətinə uyğun olaraq sülhə, mərhəmətə, ədalətə və insanlığın xeyrinə xidmət etməlidir.

Bu istiqamətdə dini maarifləndirmənin gücləndirilməsi, gənc nəslin sağlam mənəvi dəyərlər əsasında tərbiyəsi və dini icmalar arasında davamlı dialoqun inkişafı xüsusi əhəmiyyət daşıyır.

Bizim ortaq qənaətimiz ondan ibarətdir ki, Azərbaycanın dini-mədəni müxtəlifli­yi qorunmalı, vicdan azadlığına hörmət və konfessiyalararası əməkdaşlıq daha da inki­şaf etdirilməlidir. Müsəlman, pravoslav, ka­tolik, alban-udi və yəhudi dini ənənələrinin nümayəndələri olaraq vahid Vətənə bağlılığı, sülhü və qarşılıqlı hörməti ümumi mənəvi dəyər hesab edirik.

Azərbaycanın gücü dini və mədəni müxtəlifliyini qoruyaraq milli birliyini möh­kəmləndirməsindədir. Fərqli etiqadlarımız bizi ayırmamalı, ortaq mənəvi dəyərlərimiz və Vətənə bağlılığımız bizi birləşdirməlidir.

Samid QULİYEV,
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı,
ALEKSİY,
Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu,
AĞAYEV,
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının mətbuat katibi,
Milix YEVDAYEV,
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədri,
Robert MOBİL,
Alban-Udi Xristian Dini İcmasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri