Icma.az
close
up
RU
ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toplantıda Krım dövlətinin yaradılması ideyası irəli sürülüb…

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Toplantı iştirakçıları Ukrayna ilə Rusiya arasında davam edən müharibədən, getdikcə müharibənin əhatə dairəsinin genişlənməsindən, onun dünya iqtisadiyyatına vurduğu sarsıdıcı zərbədən, yaratdığı humanitar fəlakətdən bir daha narahat olduğunu bildirib və bu müharibənin baiskarı olan Putin Rusiyasının işğalçılıq siyasətini qətiyyətlə pisləyib. Almaniyada sülh sazişinin hazırlanmasına dair Ukrayna və ABŞ rəsmiləri arasında növbəti görüşün nəticələrinə diqqət çəkən partiya yetkililəri bu razılaşmalarda beynəlxalq hüquq normalarına uyğun Ukraynanın ərazi bütövlüyü, suverenliyi məsələsinin əsas prioritet olaraq qəbul edilməsinin vacibliyini diqqətə çatdırıb və Tramp administrasiyasını bu məsələdə merkantil maraqlardan çox suveren bir dövlətin beynəlxalq hüquq normalarından irəli gələn haqlarının qorunması istiqamətində səylər göstərməyə səsləyib. İdarə Heyəti ABŞ və Avropa İttifaqının səyləri ilə aparılan bu danışıqların səmərə vermədiyi halda Rusiyaya qarşı beynəlxalq sanksiyaların güclənməsi, Rusiyanın xarici banklarda olan aktivlərinin müharibə nəticəsində Ukraynaya dəyən iqtisadi ziyanın ödənilməsinə yönəldilməsi və nəhayət BMT-nin mandatı altında fəaliyyət göstərəcək Krım dövlətinin yaradılması ideyasını irəli sürüb.

İdarə Heyəti ABŞ-nin Belarus üzərində tətbiq etdiyi sanksiyaların aradan qaldırılması, münasibətlərin qarşılıqlı zəmin üzrə keçirilməsi şərti ilə Belarus prezidentinin yüzdən artıq siyasi məhbusun azad edilməsi ilə bağlı atdığı humanist addımı müsbət dəyərləndirib və belə bir addımın digər MDB ölkələrində, o cümlədən Azərbaycanda da atılmasına ümidvar olduğunu ifadə edib.

İdarə Heyəti son vaxtlar Rusiyada yaşayan soydaşlarımıza, bu ölkədə fəaliyyət göstərən diaspor nümayəndələrinə qarşı yeridilən diskriminasiya siyasətindən, onlara qarşı göstərilən zorakılıq faktlarından, qeyri-qanuni həbslərdən ciddi narahat olduğunu bildirib və məsələnin kökündə Rusiyanın istəyinə zidd olaraq Azərbaycanın yeritdiyi müstəqil xarici siyasət faktorunun durduğunu diqqətə çatdırıb və Rusiya yetkililərini Azərbaycana qarşı imperialist iddialardan geri durmağa, öz siyasətini son illərdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində əldə edilmiş razılaşmalara uyğun qurmağa çağırıb.

İdarə Heyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair aparılan ikili danışıqlar, Zəngəzur dəhlizinin açılmasına dair ABŞ ilə əldə edilən razılaşmalar fonunda Rusiyanın yenidən bu məsələyə aqressiv münasibət bəsləməsindən, erməni kilsəsi başda olmaqla Eermənistanda olan revanşist qüvvələri dəstəkləməsindən, bu danışıqların yalnız Rusiyanın vasitəsi ilə həyata keçirilməsi üçün göstərdiyi çabalardan narahat olduğunu bildirib və adı çəkilən ölkəni bu günə qədər Cənubi Qafqazda törətdiyi fəsadlardan, qanlı münaqişələrdən uzaq durmağa, bu ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmağa çağırıb. 

İdarə Heyəti tanınmış vəkil, hüquq müdafiəçisi, siyasi fəal və qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun haqqında həbs qətimkan tədbiri seçilməsindən, onun dələduzluq adı ilə ittiham edilməsindən narahat olduğunu bildirib və hakimiyyəti onun haqqında başladılan istintaqın ədalətli, şəffaf aparılması üçün müvafiq addımlar atmağa çağırıb.

İdarə Heyəti eyni zamanda ötən həftə həbsdə olan ictimai fəal Elbəyi Kərimlinin “intihar etməsi” ilə bağlı hadisəyə də diqqət çəkib. Toplantı iştirakçıları mərhumun ailəsinə başsağlığı verib. Baş vermiş hadisəni cəzaçəkmə müəssisələrində nəzarət sisteminin yarıtmaz durumda olduğunun göstəricisi kimi dəyərləndirən İdarə Heyəti hüquq-mühafizə orqanlarını ölüm faktı ilə obyektiv və hərtərəfli araşdırma aparmağa çağırıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri