“ADPU da professor müəllim heyətinin tədris yükünün azaldılması Qaydası” təsdiq olunub
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəbul olunan qaydalar ADPU-da professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətlərini dəstəkləmək və stimullaşdırmaq məqsədi daşıyır.
ADPU-nun mətbuat xidmətindən XQ-yə bildirilib ki, qaydalarda elmi uğurları və tədqiqat səriştəsi əsas alınaraq professor-müəllim heyətinin illik tədris yükünün 40%-dək azaldılması meyarları əks olunur. Qaydalara uyğun olaraq, müəyyən olunmuş 9 meyardan ən az 4-nə cavab verən tədqiqatçı müəllimlərin müraciətləri əsasında onların dərs yükü azaldılacaq.
Lakin bu qaydadan yararlanan tədqiqatçıların sayı ADPU-nun tam ştatda olan professor-müəllim heyətinin 5 faizindən çox olmamalıdır.
Qaydaların tətbiqinin əsas məqsədi akademik heyətin elmi-tədqiqat nəticələrini stimullaşdıraraq onları daha da yüksəltmək və nəticədə universitetin akademik nüfuzunu artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















