Icma.az
close
up
RU
ADPU da infosessiya keçirilib

ADPU da infosessiya keçirilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ABŞ-nin dünyanın top 200 universiteti sırasında yer alan nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) ilə birgə həyata keçirdiyi ikili diplom magistr proqramına qəbulla bağlı cari tədris ilində ADPU-nun magistraturalarına qəbul olunmuş tələbələr üçün onlayn infosessiya keçirilib.

525.az xəbər verir ki, cari ildə ADPU-nun magistraturalarına qəbul olunmuş 600-dək tələbədən 150-dən çoxunun qeydiyyatdan keçdiyi infosessiyada çıxış edən Pedaqoji Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov vurğulayıb ki,  Prezident  İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ABŞ-nin Corc Vaşinqton Universiteti ilə 2020-ci ildən etibarən ikili diplom magistr proqramını uğurla həyata keçirib. İndiyədək proqramdan məzun olan 122 nəfər hər iki universitetin magistr diplomunu alaraq əmək bazarında layiqli yer tutub.  

 Prezidentinin imzaladığı müvafiq Sərəncam ilə nüfuzlu xarici universitetlərlə ikili diplom proqramlarının davam etdirilməsinə qərar verilib. Buna uyğun olaraq,Elm və Təhsil Nazirliyinin tapşırığına əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti 2025/2026-cı tədris ili üzrə ikili diplom proqramına qəbul həyata keçirir.

Proqramın məzunları ADPU-nun "Təhsil menecmenti" və CVU-nun "Təhsil siyasəti və insan inkişafı" ixtisasları üzrə magistr dərəcələrinə sahib olurlar.

Qeyd olunub ki, proqram tam şəkildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Daha sonra ADPU-nun İkili diplom proqramının direktoru Tofiq Əhmədov çıxış edərək, proqrama qəbul olunmaq üçün əsas tələblər və müraciət prosedurları haqqında ətraflı məlumat verib, eləcə də proqramda təhsilin təşkili qaydaları və yaradılan üstünlüklərdən söz açıb. Bildirilib ki, bu il Pedaqoji Universitetin magistratura səviyyəsində daxil olmuş və ingilis dili bacarıqları yüksək səviyyədə olan tələbələr bu proqrama qəbul üçün müraciət edə bilər. Bu məqsədlə cari ildə ADPU-nun magistraturalarına qəbul olunmuş tələbələrə müraciət edilib, proqrama qoşulmaq istəyən tələbələr üçün məlumat sessiyası təşkil olunub.
Sonra infosessiya proqrama qoşulmaq istəyən tələbələrin suallarının cavablandırılması ilə davam etdirilib.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri