Icma.az
close
up
RU
ADPU da Qərbi Azərbaycan həqiqətlərinin tədris materiallarında əks etdirilməsinə dair müzakirə aparılıb

ADPU da Qərbi Azərbaycan həqiqətlərinin tədris materiallarında əks etdirilməsinə dair müzakirə aparılıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcmasının təşkilatçılığı, bu ali məktəbin dəstəyi ilə “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış konsepsiyası tələbə gənclərin tədris prosesində” mövzusunda görüş keçirilib.

ADPU-dan 525.az-a bildirilib ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində təhsil müəssisələrində tələbə gənclərlə işin səmərəli qurulması, tələbələrin Qərbi Azərbaycana qayıdış hüququ və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumatlandırılması, tədris materiallarında Qərbi Azərbaycan həqiqətlərinin əks etdirilməsi, İcmanın Gənclər Şurası və universitetlər arasında fəaliyyətlərin koordinasiyası, gənclərin İcmanın fəaliyyətinə cəlb olunması işinə töhfə verməkdir.

Görüş “Qərbi Azərbaycan TV”nin hazırladığı “Qərbi Azərbaycan” mövzusunda filmin nümayişi ilə başlayıb. Filmdə Qərbi Azərbaycan tarixi, oradan zorla çıxarılmış azərbaycanlıların taleyi və onların öz doğma yurdlarına qayıdış hüququ barədə vacib faktlar əks olunub.

Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın həyata keçirdiyi layihə və tədbirlər, Azərbaycan dövlətinin bu ümummilli məsələyə verdiyi dəstək və Qayıdış konsepsiyasının mahiyyətindən danışıb. Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də xalqımızın milli kimliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyır. İndiki Ermənistan ərazisindən çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyanın Azərbaycan üçün vacib prioritetlərdən olduğunu qeyd edən İcma sədri gənclərin bu barədə maarifləndirilməsi istiqamətlərindən söz açıb.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Qərbi Azərbaycan həqiqətlərinin tədris prosesində əks olunmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, müasir tədris materiallarında bu mövzuya geniş yer ayrılmalı, tələbələrə tarixi faktlar sistemli şəkildə çatdırılmalıdır. Eyni zamanda, məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin daha intensiv keçirilməsinin vacibliyi vurğulanıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Qərbi Azərbaycan tarixinin və milli-mənəvi irsinin ayrılmaz parçasıdır. Əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycanın məcburi şəkildə Azərbaycandan qoparılması, həmyerlilərimizin doğma yurd-yuvalarından zor gücünə çıxarılması danılmaz tarixi həqiqətlərdir. Qeyd edilib ki, tədris prosesində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, coğrafiyası ilə bağlı materialların daha geniş şəkildə öyrədilməsi, elmi konfransların təşkili və tələbələrin bu məsələlərə daha çox cəlb olunması istiqamətində əməli addımlardır və bu baxımdan universitetlərin, ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan həqiqətlərinin təbliği və bu mövzuda maarifləndirmə tədbirlərini daim ön planda saxladığını qeyd edən C.Cəfərov 2024-cü ilin martından etibarən ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətə başladığını, universitetin professor-müəllim heyətinin icmanın fəaliyyətində fəal rol oynadığını bildirib.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova öz çıxışında Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliği və tanıdılması, ictimaiyyətin bu mövzuda məlumatlılığının artırılması barədə söz açıb, İcmanın və Pedaqoji Universitetin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri