ADPU ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Riyad Rüstəmli Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti və Daşkənd Dövlət Nəqliyyat Universitetində olub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
R.Rüstəmlinin Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universitetinin rektoru professor Azizhon Nodirov və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri Cəsur Umirzakov ilə keçirdiyi görüşlərdə ADPU-nun sözügedən ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin rektor köməkçisi səfər çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyevlə görüşüb, əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi istiqamətində müzakirə aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















