Icma.az
close
up
RU
ADPU nun Quba filialının nümayəndə heyəti AZƏRTAC da olub

ADPU nun Quba filialının nümayəndə heyəti AZƏRTAC da olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif Alıyevin başçılıq etdiyi nümayəndə heyəti iyulun 16-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

Qonaqlar əvvəlcə agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, dövlətimizin başçısının yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin 105 yaşlı agentlikdə müxtəlif dövrlərdə istifadə edilən texniki avadanlıqlardan ibarət muzeyə baxdılar.

Sonra AZƏRTAC-ın rəhbərliyi ilə görüş keçirildi.

Görüş zamanı agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyev qonaqlara AZƏRTAC-ın ölkənin informasiya məkanında oynadığı roldan söz açdı, bölgələrdə və xarici ölkələrdə müxbir şəbəkəsi barədə məlumat verdi, jurnalistikanın üzləşdiyi çağırışlardan danışdı.

İdarə Heyətinin sədri 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməlinin qoyulduğunu bildirərək, Pedaqoji Universitetin Quba filialının nümayəndə heyətinin AZƏRTAC-a səfərinin də Milli Mətbuatımızın 150 illiyi ərəfəsinə təsadüf etdiyini vurğuladı. Qeyd olundu ki, Azərbaycanda mətbuatın hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə diqqət və qayğısı, həmçinin media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst istifadə etməsi üçün hüquqi əsasların, əlverişli şəraitin mövcud olmasıdır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Milli Mətbuatımızın 150 illiyinin ölkəmizdə geniş qeyd olunması da bu sahəyə göstərilən diqqətin bir göstəricisidir.

ADPU-nun Quba filialının direktoru Yusif Alıyev isə Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar təşkil olunan bu səfərin, eyni zamanda, "Konstitusiya və Suverenlik İli"ndə təşkil edildiyini bildirdi. O, jurnalistika təhsili və təcrübəsinin vacibliyindən danışaraq, bu cür səfərlərin ali təhsil müəssisələri ilə media qurumları arasında əlaqələri dərinləşdirdiyini və tələbələrin nəzəri biliklərini praktiki vərdişlərlə zənginləşdirməsinə töhfə verdiyini vurğuladı. Qeyd edildi ki, Pedaqoji Universitetin Quba filialı 30 ildən çox fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 3 minə yaxın ilkin kadr hazırlığı həyata keçirib, elmi-pedaqoji kadr potensialı formalaşdırıb.

Görüşdə bu səfərin gələcək pedaqoqlar və jurnalistlər arasında qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açdığı vurğulandı.

Səfərin sonunda qonaqlar agentliyin müasir texnologiyalarla təchiz olunmuş redaksiyaları, foto və video studiyaları, həmçinin informasiya hazırlanması və yayımlanması prosesi ilə tanış oldular. Onlara milli və beynəlxalq informasiya mübadiləsinin necə həyata keçirildiyi barədə ətraflı məlumat verildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri