ADPU nun Quba filialının nümayəndələri Konstitusiya Məhkəməsində olublar
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialının nümayəndələri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində olublar.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat veriib. Qonaqlara Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verilib.
Görüşdə Konstitusiyanın dövlətin həyatında rolu, suverenliyin hüquqi əsasları, hüquqi maarifləndirmənin əhəmiyyəti, ali təhsil müəssisələri ilə məhkəmə-hüquq orqanları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Filialın direktoru professor Yusif Alıyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi və siyasi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu qərar həm Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, həm də hüquqi düşüncənin cəmiyyətə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycanın suveren hüquqlarının tam bərqərar olunması, Konstitusiyanın real həyata tətbiqinin bariz nümunəsidir.
Görüşdə qonaqlar tərəfindən məhkəmənin fəaliyyəti və səlahiyyəti ilə bağlı bir sıra suallar ünvanlanıb və müzakirələr aparılılıb.
Sonda filialın nümayəndə heyəti Konstitusiya Məhkəməsinin inzibati binasında muzey, konfrans və plenium zalları, iş otaqları ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















