Icma.az
close
up
RU
Adrian Pit: Qarabağ Xəzər Lənkəran dan fərqli olaraq, heç vaxt vaz keçmədi

Adrian Pit: Qarabağ Xəzər Lənkəran dan fərqli olaraq, heç vaxt vaz keçmədi

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Vaxtilə “Roma”, “Xəzər Lənkəran” kimi klublarda oynamış rumın futbolçu Adrian Pit apasport.az saytına müsahibə verib.
- “Qarabağ” FKSB ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?
- Bu, çox gözəl, maraqlı və bir o qədər də çətin oyun olacaq. Hər iki komanda pley-off mərhələsinə qalmaq istəyirsə, mütləq qalibiyyət üçün meydana çıxmalıdırlar. Bu mənada, komandalar bütünü gücünü səfərbər edəcək. 

- FKSB-nin hazırkı vəziyyəti necədir? Bilirik ki, komandanın böyük itkiləri var, kapitan da oynamayacaq...
- Onlar çempionatda son turda heç-heçə etdi. Amma FKSB oyunu "Hermanştat"dan daha yaxşı səviyyədə keçirdi. Məncə, FKSB əks-hücumlara bel bağlayacaq, əsasən bu oyun taktikasına üstünlük verəcək. Bəli, kapitan Olaru da oynamayacaq. Mən də elə bilirəm. 

- “Qarabağ” əsas hücumçusu Juninyonu “Flamenqo”ya satdı. Bu da “Qarabağ” üçün ciddi itki sayıla bilər. Bu barədə nə düşünürsünüz?
"Qarabağ"ın "Tottenhem"ə qarşı oyununu görmüşdüm və deyə bilırəm ki, "Qarabağ" güclü rəqibinə qarşı çox yaxşı oyun nümayiş etdirdi. 
Təbii ki, Juninyo həmin matçın ən yaxşı oyunçusu idi. Juninyosuz "Qarabağ"a çətin olacaq. Amma unutmayaq ki, bu komandanın heyətində hər zaman yaxşı futbolçular olub və var. Onu əvəz edə bilərlər. Futbolda hər şey olur, ayrılıqlar da...

- “Qarabağ” haqqında nə düşünürsünüz? Bir vaxtlar Azərbaycanda, “Xəzər Lənkəran”da oynamısınız. O vaxtkı "Qarabağ"ı necə xatırlayırsınız?
- “Qarabağ” ildən-ilə daha da yaxşılaşır. Mən “Xəzər Lənkəran”da oynadığım vaxtda da “Qarabağ”a eyni məşqçi rəhbərlik edirdi. İndi olduqları səviyyə üçün bir yola girmişdilər və hədəflərinə çatdılar. Yeni stadionları da tikilir. Onlar üçün hər şeyin daha yaxşı olacağına əminəm. Bütün xalqın komandanın yanında olması çox önəmlidir. Onlar “Xəzər Lənkəran”dan fərqli olaraq, heç vaxt vaz keçmədilər. 
- “Xəzər Lənkəran”da çıxış edəndə “Qarabağ”ın hegemonluğu yox idi. Amma son illərdə əsas hegemon “Qarabağ”dır. Sizcə bunu necə etdilər?
- Dediyim kimi, komandanın içində, ətrafında keyfiyyətli insanlardan ibarət bir dəstəyə sahib olmalısınız. Amma ildən-ilə “Qarabağ” kimi böyümək üçün səbirli olmaq, oyunçulara və məşqçiyə dəstək olmaq lazımdır. “Xəzər Lənkəran”da oyunçu və məşqçiləri tez-tez dəyişirdilər. Ailəni bu cür qurmaq olmaz. Çünki futbolda qısa zamanda kollektiv qurmaq asan deyil. Bu hazırda “Neftçi”də də baş verir. Fikrimcə, onlar bir məşqçini təyin edib, ona üç il şans verməlidirlər. O zaman nəticə olacağını görəcəksiz. 
- FKSB uduzsa, Rumıniyada buna reaksiya necə olacaq? Sizcə, FKSB “Qarabağ”ı məğlub edə bilərmi?
- İstənilən halda, onlar Avropada çox yaxşı nəticə göstərdilər və heç kim onlardan bu qədər irəliləməyi, belə nəticələr qazanmağı gözləmirdi. FKSB qalib gəlsə, 14 xala yüksələcək. “Qarabağ” isə 9 xal toplamaq üçün son iki oyunda qələbə qazanmalıdır. Deməli çox gözəl oyun olacaq. Hər iki komanda eyni anda qalib gəlsə, şad olaram (gülür). Bərabərlik bir az FKSB-yə kömək edə bilər. Baxaq, görək necə olacaq.

Hansı oyun hansı kanalda? - Günün proqramı Juninyonun komanda yoldaşı "Turan Tovuz"da: Bu gün açıqlanacaq “Sumqayıt” yeni transferini açıqlayıb Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq "Səbail"də ayrılıq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri