Icma.az
close
up
RU
ADU da Fransız dili üzrə yeni çap olunmuş dərslik və dərs vəsaitlərinin təqdimatı olub FOTOLAR

ADU da Fransız dili üzrə yeni çap olunmuş dərslik və dərs vəsaitlərinin təqdimatı olub FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşlarının hazırladığı dərslik və dərs vəsaitlərinin təqdimatı keçirilib.

Gununsesi.info xəbər verir ki, təqdimatda ADU-nun rektoru, akademik Kamal Abdulla, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova giriş sözü ilə tədbiri açıq elan edib.

Bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın diqqət və qayğısı nəticəsində ərsəyə gələn dərs vəsaiti və dərsliklər həm müəllimlər, həm də tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası öz fəaliyyətini strateji inkişaf planının əsas istiqamətləri üzrə təşkil edir. Bu baxımdan yeni dərsliklər, dərs vəsaitləri və fənn proqramlarının hazırlanması kafedranın strateji planında önəmli yer tutur.

Vurğulanıb ki, təqdim edilən “I kurs, yeni başlayanlar üçün Fransız dili” dərsliyi müasir metodlardan irəli gələn kommunikativ bacarıqların sürətli və keyfiyyətli tətbiqi prinsipinə əsaslanır.

Dərsliyin məqsədi və vəzifələri haqqında məlumat verilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla, dərsliyin və dərs vəsaitlərinin hazırlanmasında əməyi keçən hər bir əməkdaşa təşəkkürünü bildirib və görülən işin əhəmiyyətini yüksək qiymətləndirib.

Tədbirdə ADU-nun Filologiya fakültəsi nəznində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gülbəniz Camalova, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Vəfa Seyid, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Rəfiqə Mürşüdova, dosent əvəzi Məqami Aygün, baş müəllim Xatirə Qarazadə, baş müəllim Anar Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillərin tədrisi kafedrasının müəllimi Şəhanə Əsgərova, Bakı Dövlət Universitetinin Alman-Fransız dilləri kafedrasının dosenti Xədicə Abdullayeva və professor Çəmən Babaxanova çıxış ediblər.

Qeyd olunub ki, I kurslar üçün Fransız dili dərsliyi öz unikallığı və aktuallığı ilə seçilir.

ADU tələbələri təqdim olunan dərs vəsaitləri və dərsliklərə görə rəhbərliyə, müəllimlərə və bütün əməkdaşlara təşəkkürlərini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri