ADU da mühüm simpozium keçirildi
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində Bakı Türkologiya Qurultayı və Qazi Universitetinin 100 illiyi, ADU-nun isə 80 illiyi münasibətilə IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumunun açılış mərasimi keçirilib.
Axar.az xəbər verir ki, açılışdan öncə simpozium iştirakçıları universitetin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
ADU-nun rektoru, akademik Kamal Abdulla simpozium iştirakçılarını və qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.
Simpoziumun Türkoloji bayram kimi qarşılandığını bildirən rektor Türk dili və ədəbiyyatının tədrisi məsələlərinə həsr olunan beynəlxalq elmi platformaların müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında elmi əlaqələrin inkişafına, fikir və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Rektor vurğulayıb ki, simpoziumun nəticələri gələcəkdə yeni elmi layihələrin, birgə tədqiqatların və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi üçün mühüm zəmin formalaşdıra bilər.
Simpoziumda ümumilikdə qırxdan çox xarici qonağın iştirak etdiyini vurğulayan rektor onların müxtəlif ölkələri təmsil etdiyini və tədbirin beynəlxalq miqyasının geniş olduğunu bildirib.
Kamal Abdulla qeyd edib ki, simpozium çərçivəsində formalaşan əlaqələrin yalnız tədbir müddəti ilə məhdudlaşmaması, gələcəkdə də davam etdirilməsi vacibdir. Bu baxımdan gənc alim və tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası, onların müxtəlif ölkələrin həmkarları ilə əməkdaşlığının genişləndirilməsi xüsusi məna kəsb edir.
Simpozium işini bölmə iclasaları ilə davam etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 08 Oktyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















