ADY də yüksək vəzifəyə TƏYİNAT
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyinat olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Turxan Əhməd təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb. T.Əhməd bu gündən vəzifəsinin icrasına başlayıb. O, bundan öncə bp Azərbaycan şirkətində çalışıb.
Qeyd: 2024-cü ilin fevralında ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova nöqsanlara görə vəzifəsindən azad edilib.
Nadir Qurbanov

