ADY nin əməkdaşı həbs olundu: Oruc tutuduğum üçün gərgin idim dedi
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
İmişlidə vəzifəli şəxs söyüş söydüyü üçün saxlanılıb.
Qaynarinfo-nun məluamtına görə, 1988-ci ildə İmişli rayonunda doğulmuş R.T. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, R.T. QSC-nin İmişli bölməsindən işdən çıxarkən ucadan qışqırıb, uca səslə telefonla kiməsə nalayiq ifadələr işlədib. Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxsi sakitləşdirmək istəyib, ona irad bildirib, lakin polisə müqavimət göstərib.
Təqsirləndirilən şəxs məkhəmədə özünü təqsirli bilərək, həmin gün oruc tutduğu üçün gərgin və əsəbi olduğundan polis əməkdaşlarını dinləmədiyini deyib.
Məhkəmənin hökmü ilə R.T. 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, R.T. "Azərbaycan Dəmir Yolları” QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsində mühafizə üzrə növbə rəisi işləyir.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan Dəmir Yolları QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs edilib. Onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda dövlət qurumuna 107 min manat ziyan vurublar.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 Mart 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















