Icma.az
close
up
RU
ADY sədri: “Azərbaycanda dəmir yolunda iri layihələr əsasən dövlət vəsaiti hesabına həyata keçirilir”

ADY sədri: “Azərbaycanda dəmir yolunda iri layihələr əsasən dövlət vəsaiti hesabına həyata keçirilir”

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda dəmiryol sahəsində iri infrastruktur layihələri əsasən dövlət vəsaiti hesabına həyata keçirilir.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkilatçılığı ilə “Dəmiryol əməliyyatlarının sürətləndirilməsi üçün etibarlı həllər” mövzusunda keçirilən tədbirdə iştirakı zamanı bildirib.

Onun sözlərinə görə, belə layihələr “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də öz əksini tapıb: “Bununla yanaşı, dəmiryol infrastrukturunun inkişafı məqsədilə beynəlxalq maliyyə institutlarından kreditlər cəlb edilir. Bunun üçün şirkətin maliyyə dayanıqlılığı, şəffaf fəaliyyəti, hesabatlığının olması və dövlət zəmanəti zəruridir”.

Tədbirdə əsas müzakirə istiqamətləri dəmiryol nəqliyyatının karbon emissiyasının azaldılması və şəhər mobilliyinə töhfəsi, dəmiryol infrastrukturunun daha da inkişaf etdirilməsinin vacibliyi olub.

R. Rüstəmov qeyd edib ki, ADY Dünya Bankı və Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq edir: “Son illərdə Azərbaycan Dəmir Yollarında aparılmış struktur islahatları, iri kapital qoyuluşlu layihələrin həyata keçirilməsi üçün icra və monitorinq mexanizmlərinin mövcudluğu, eləcə də beynəlxalq konsaltinq şirkətlərinin müsbət rəyi beynəlxalq maliyyə qurumlarının ADY ilə əməkdaşlığa maraq göstərməsinə zəmin yaradıb”.

Tədbirdə çıxış edən Braziliya Nəqliyyat Nazirliyinin dayanıqlılıq üzrə katibi Kloves Benevides, Beynəlxalq Dəmir Yolları İttifaqının dayanıqlılıq üzrə direktoru Lusi Anderton və Dünya Bankının nəqliyyat sahəsi üzrə qlobal direktoru Nikolas Peltier bildiriblər ki, dəmiryol infrastrukturunun inkişafı üçün davamlı olaraq investisiya cəlb olunmalıdır, xüsusilə iqlim maliyyələşməsi kimi aktual məsələlərdə dəmiryol sahəsi kənarda qalmamalıdır. Qeyd edilib ki, dəmiryol sektorunun ətraf mühitə mənfi təsirlərin azaldılmasına töhfəsini genişləndirmək üçün daha çox innovativ həllər tətbiq olunmalıdır.

Sonda Dünya Bankı və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyin (MIGA) hesabatları təqdim olunub. Hesabatlarda dəmir yollarına iqlim maliyyələşməsinin vacibliyi və tərəfdaş ölkələrdə bu kimi layihələrin müsbət nəticələri öz əksini tapıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri