AERA sədri: Azərbaycanda “Yaşıl enerji” təşəbbüslərinə aşağı faizli kredit veriləcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Yaşıl enerji” təşəbbüslərinə aşağı faizli kredit veriləcək.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov deyib.
O bildirib ki, AERA nəzdində fəaliyyət göstərən Enerji Səmərəliliyi Fondu yaxın aylarda aşağı faizli kreditlərdən ibarət ilk maliyyə dəstəyi paketini ictimaiyyətə təqdim etməyə hazırlaşır.
“Fond yalnız enerji səmərəliliyi layihələrini deyil, bərpa olunan enerji təşəbbüslərini də dəstəkləyəcək. Xüsusilə də prosumerlər – yəni həm istehsal edən, həm də istehlak edən enerji istifadəçiləri – bu kreditlərdən yararlana biləcək”, – deyə S.Axundov vurğulayıb.
"Kredit proqramımız çərçivəsində üç tip layihə nəzərdə tutulur: kiçik həcmli, orta həcmli və iri həcmli. Ən kiçik layihələr əsasən fərdi istehlakçılar və kiçik bazar iştirakçıları üçün olacaq. Böyük layihələr isə daha geniş miqyaslı təşəbbüslərə yönəldiləcək" - o bildirib.
S.Axundov əlavə edib ki, böyük həcmli layihələr üçün güzəşt müddəti 24 ay təşkil edəcək. Bu isə layihə iştirakçılarına maliyyə cəhətdən daha rahat başlanğıc imkanı verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 İyun 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















