Aeroport yolunda yük avtomobili təhlükə saçdı VİDEO
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Aeroport yolunda iriqabaritli nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yüksək sürətlə və təhlükəli manevrlərlə hərəkət etməsi narazılığa səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Şikayətçi bildirib ki, hadisə sentyabrın 27-də saat 21:58-də baş verib. Belə ki, sürücü "Shacman" markalı, 08-ZB-503 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini saatda təxminən 130 kilometr sürətlə idarə edib. Bundan əlavə, yük avtomobilinin sürücüsünün hərəkət zamanı zolaqları qısa məsafədə və yüksək sürətlə dəyişməsi digər sürücülər üçün ciddi təhlükə yaradıb.
Şikayətçi aidiyyəti qurumların məsələyə diqqət yetirməsini və yolda təhlükəli hərəkət edən nəqliyyat vasitələri ilə bağlı nəzarətin gücləndirilməsini xahiş edib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:174
Bu xəbər 28 Sentyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















