Icma.az
close
up
RU
Aeroportun yerüstü xidmət operatoru mükafata layiq görüldü Fotolar

Aeroportun yerüstü xidmət operatoru mükafata layiq görüldü Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yerüstü xidmət operatoru “ASG Ground Handling” Asiyanın və qlobal aviasiya bazarının ən böyük aviaşirkətlərindən biri olan “China Southern Airlines” tərəfindən hava nəqliyyatına yüksək nümunəvi keyfiyyətlə və punktuallıqla xidmət göstərilməsinə görə “Top Agent Award” mükafatına layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, mükafat “ASG Ground Handling”in əməliyyat fəaliyyətinin əsas göstəricilərinin qiymətləndirilməsi nəticəsində təqdim edilib.

Qiymətləndirmədə xüsusilə təhlükəsizlik tələblərinə riayət olunması, prosedurların dəqiqliklə icrası, hava gəmisinin dövr etmə vaxtı, xidmətlərin operativliyi və ekipajlarla qarşılıqlı əməkdaşlığın keyfiyyəti nəzərə alınıb.

1988-ci ildə təsis olunan “China Southern Airlines” Çinin 3 ən böyük aviaşirkətindən biridir, daşımaların həcminə görə dünyada 6-cı yeri tutur və Asiya regionunun ən böyük - 900-dən çox təyyarədən ibarət hava donanmasına malikdir.

Mükafat “ASG Business Aviation” MMC-nin direktoru Böyukağa Quliyevə “China Southern Airlines”in Azərbaycandakı nümayəndəliyinin direktoru Janq Yanq tərəfindən təqdim edilib. O, “ASG Ground Handling” komandasının yüksək peşəkarlığını, sabit əməliyyat nəticələrini və aviaşirkətin beynəlxalq yerüstü əməliyyatlarının etibarlı şəkildə təmin olunmasına verdiyi əhəmiyyətli töhfəni yüksək qiymətləndirib.

“ASG Business Aviation”ın İdarə Heyətinin sədri Teymur Məmmədov vurğulayıb ki, Azərbaycanın aviasiya xidmətləri sahəsindəki özəl sektorun uğurları ölkədə mövcud olan əlverişli biznes mühiti, iqtisadi sabitlik və müasir aviasiya infrastrukturunun inkişafına dövlət tərəfindən göstərilən yüksək diqqət sayəsində mümkün olub: “Dünyanın ən böyük aviaşirkətlərindən birindən “Top Agent Award” mükafatını almaq bizim üçün böyük şərəfdir. Bu nailiyyət “ASG Ground Handling” komandasının peşəkarlığının göstəricisi olmaqla yanaşı, ölkəmizin aviasiya sənayesinin yüksək inkişaf səviyyəsini təsdiqləyir. Biz həmçinin “China Southern Airlines”in Azərbaycan və Çin arasında turizm, iqtisadiyyat və sosial əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.

Qeyd edək ki, “ASG Business Aviation” MMC aviasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi, texniki imkanların genişləndirilməsi və ixtisaslaşmış aviasiya texnikası parkının yenilənməsi istiqamətində ardıcıl investisiyalar həyata keçirir. 

“ASG Business Aviation” MMC haqqında

Azərbaycan şirkəti olan “ASG Business Aviation” MMC ölkənin aviasiya sənayesinin aparıcı iştirakçılarından biridir. Şirkətdə 4200-dən çox yüksək ixtisaslı mütəxəssis çalışır və regionun ən böyük biznes aviasiya mərkəzi olan biznes aviasiya aviaşirkəti də daxil olmaqla geniş çeşiddə aviasiya xidmətləri təqdim edir.

Şirkət əməliyyat fəaliyyətini milli aviasiya qurumlarının, eləcə də ICAO, IATA/ISAGO, EU-RA3, Avropa Biznes Aviasiyası Assosiasiyası (EBAA) və digər nüfuzlu beynəlxalq aviasiya təşkilatlarının standartlarına tam uyğun şəkildə həyata keçirir.

Şirkətin bölmələrindən biri olan “ASG Ground Handling” Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlərə geniş spektrdə yerüstü, sərnişin və perron xidmətləri göstərir, həmçinin beynəlxalq yükdaşımalarını həyata keçirən aviadaşıyıcılar üçün aviasiya-yük komplekslərinin istismarını təmin edir. Bölmə milli və beynəlxalq aviasiya tələblərinə uyğun şəkildə yüksək səmərəlilik, təhlükəsizlik və xidmət keyfiyyəti standartlarını təmin edir.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri