Kiyevin körpüləri ballistik raketlərlə vurulub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhəri və vilayəti ballistik raketlərlə vurulub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə və onun bölgəsinə 5 ballistik raket atılıb. Əsas hədəf isə enerji və kritik, logistik infrastrukturlar olub.
Kiyev şəhər meri Vitali Kliçko əhalini sığınacaqlarda məskunlaşmağa çağırıb.
Kiyev vilayət Hərbi Administrasiyasının verdiyi məlumata görə, raket zərbələri nəticəsində dağıntılar qeydə alınıb, xəsarət alanlar var.
Yerli monitorinq qruplarının yazdığına görə, raket zərbələrinin bəziləri Kiyevin körpülərinə dəyib. Kiyev meri Kliçko isə Cənub və Şimal körpülərinin raketlə vurulduğunu təsdiqləyib.
Hazırda Kiyevə hava hücumu davam edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Noyabr 2026 02:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















