Icma.az
close
up
RU
AFFA bəzəkli strategiya ya görə xarici şirkətə nə qədər ödəyib? FANTASTİK MƏBLƏĞ

AFFA bəzəkli strategiya ya görə xarici şirkətə nə qədər ödəyib? FANTASTİK MƏBLƏĞ

AFFA ötən həftə İnkişaf Strategiyasının ilkin layihəsini açıqladı. Bu məsələ təbii olaraq Azərbaycan futbolunda gündəmə çevrildi.

Mütəxəssislər və media strategiya ilə bağlı fikirlərini, təhlillərini təqdim etdilər. Razı olanlar da oldu, narazı qalanlar da.

Publika.az AFFA-nın sifarişi ilə Belçika şirkətləri “Double Pass” və “McKinsey & Company” tərəfindən hazırlan strategiya ilə bağlı mühüm məlumat əldə edib. Assosiasiya layihənin hazırlanması üçün sözügedən şirkətlərə 2,5 milyon dollar, təqribən 4,25 milyon manat ödəyib.

İnformasiyanı dəqiqləşdirmək və AFFA-nın mövqeyini öyrənmək üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Assosiasiya sözçüsünün cavabı belə oldu:

“Bu tamamilə səhv məlumatdır. Deyilən rəqəm həddən artıq böyük, şişirdilmiş məbləğdir. Konfedensial olduğu üçün hər iki tərəf müqavilənin şərtlərini açıqlaya bilməz. Amma bir daha təkrar edirəm, dediyiniz məbləğ həqiqəti əks etdirmir”.

Heybət

seeBaxış sayı:86
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri