Icma.az
close
up
RU
AFFA bölgə klubunu incidir 10 ay sonra, o da yarısı

AFFA bölgə klubunu incidir 10 ay sonra, o da yarısı

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Azərbaycan futbolunda infrastrukturun inkişafı ilə bağlı verilən vədlərin, ayrılan vəsaitlərin icrası ilə reallıq arasında kəskin fərqlər mövcuddur. Son nümunə “Qəbələ” İdman Klubuna ayrılan dəstəyin yalnız yarısının, o da uzun müddətdən sonra ödənməsi ilə bağlıdır.

AFFA  İcraiyyə Komitəsi ötən ilin “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 manat maliyyə vəsaitinin ayrılması qərarını verdi.

Qurumun sözügedən bu vəsaiti hissə-hissə, aylıq 70 min manat olmaqla 10 ay ödəyəcəyi gözlənilsə də, bu baş vermədi.

Əldə etdiyimiz məlumata görə, AFFA bu məbləği tam şəkildə hələ də “Qəbələ” tərəfinə ödəməyib.

AFFA-nın ötən il yaydığı məlumatı bir daha xatırlayaq:

“Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub”.

Artıq bir ilə yaxın zaman keçib və məlum olur ki, AFFA verdiyi vədin bir qismini yalnız bu ay, o da məbləğin yarısını ödəməklə tuta bilib. Belə ki, məhz bu ayın əvvəllərində, 700 min manat vəsaitdən yalnız 350 mini “qırmızı-qaralar”a köçürülüb. Digər məbləğin isə hansı müddətdə kluba köçürüləcəyi qeyri-müəyyən olaraq qalır. Qısacası, “Qəbələ” ona vəd olunan pulu qərardan 10 ay sonra yalnız bir hissəsini ala bilir.

Görünən odur ki, bu verilən qərar yalnız açıqlama səviyyəsində qalır. Əgər AFFA öz qərarına belə düzgün əməl etmirsə, ölkədə futbolun infrastrukturunun inkişafından və bölgə klublarına dəstəkdən danışmaq nə qədər real görünə bilər?

İdmanxeber.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 15 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri